Bizi sosial şəbəkələrdən izləyin:
Mütəxəssislər bildirir ki, gündəlik qidalanma böyrək daşlarının yaranmasında mühüm rol oynayır. Bəzi qidaların həddindən artıq qəbulu bu riski əhəmiyyətli dərəcədə artıra bilər.
Böyrək daşları ən çox kalsium oksalat kristallarından formalaşır. Orqanizmdə oksalatın artması kristallaşmaya səbəb olur və zamanla bu kristallar böyüyərək daşlara çevrilir.
Araşdırmalara görə, artıq duz, həddindən çox heyvan mənşəli zülal və oksalatla zəngin qidalar risk faktorları sırasındadır. Bu baxımdan tünd şokolad, yarpaqlı göyərtilər, yaşıl bibər, çuğundur, əncir, moruq, qoz-fındıq və qarabaşaq kimi qidaların çox istifadəsi tövsiyə olunmur.
Bununla belə, bu qidaları tamamilə rasiondan çıxarmaq lazım deyil. Yalnız analizlərdə oksalat səviyyəsinin yüksək olduğu hallarda onların qəbulu məhdudlaşdırılmalıdır.
Mütəxəssislər balanslı qidalanmanı əsas tövsiyə kimi önə çəkir. Rasionda bitki mənşəli qidaların artırılması, duz və ət məhsullarının azaldılması, həmçinin kalsiumla zəngin süd məhsullarının müntəzəm qəbulu böyrək sağlamlığını qorumağa kömək edə bilər. /E-saglam.az/