“Kaş Murad da bu günləri görəydi” - Milli Qəhrəmanın xanımı ilə MÜSAHİBƏ
Oxunub: 3211
01 Apr 2024 | 19:15
“Kaş Murad da bu günləri görəydi” - Milli Qəhrəmanın xanımı ilə MÜSAHİBƏ
Erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı, Azəbaycanın Milli Qəhrəmanı Murad Mirzəyev də qəhrəmancasına şəhid olmuşdu.
 
Artıq aprel döyüşlərindən 8 il keçir. Bu ərəfələr Murad Mirzəyevin həm doğum günü oldu, həm də anım günüdür.
 
Polkovnik-leytenant Murad Telman oğlu Mirzəyev 31 mart (1976) tarixində dünyaya gəlib, 3 apreldə (2016) isə şəhid olub.
 
Modern.az saytı şəhidimizin həyat yoldaşı Fizzə Mirzəyeva ilə həmsöhbət olub. Onunla müsahibəni təqdim edirik:
 
- Fizzə xanım, siz Azərbaycan Tibb Universitetində təhsil alan zaman Murad Mirzəyevlə tanış olmusunuz. Maraqlıdır, necə oldu ki, hərbçi ilə yollarınız kəsişdi?
- Bizim tanışlığımız dostlarımız sayəsində oldu. Rəfiqəmin yoldaşı da hərbçi idi. Elə olmuşdu ki, rəfiqəmin yoldaşı gələndə Murad da onunla idi. Ona qədər hərbçi həyatı haqqında anlayışım yox idi. Onu ilk dəfə rəfiqəmin yoldaşının yanında, hərbi parad paltarında görmüşdüm. İlk görüşümüzdə dedi ki, "mən 31 martda doğulmuşam, amma ad günümü qeyd etmirəm".
 
Sonralar evliliyimiz dövründə onun doğum gününü 31 mart tarixindən ya bir gün öncə, ya da sonra qeyd edirdik. 
 
Biz ailə qurduq, bir müddət hərbi hissədə yaşadıq. Onun şəxsi evi yox idi. Hərbi hissə isə şəhərdən kənarda yerləşirdi. 
 
Evləndikdən bir ay sonra Murad Amerikaya təlimə getdi. 6 ay dil kursu keçməli idi. Dedi ki, sən də gəl, mən də sənədlərimi hazırlayıb ora getdim. Murad əsas təlimə - “Ranger” kursuna gedəndə isə mən Bakıya qayıtdım.
 
- Murad Mirzəyev şəkillərdəki baxışlarından sərt, ciddi insana bənzəyir. Onun xarakteri də elə idimi? 
- Bəli, Murada deyirlər ki, sərt baxışlı, vahiməli... şəkildə elə görünür. Ancaq o hərbdə başqa cür insan olub, evə daxil olanda başqa. Çox mülayim, səbirli, təmkinli idi. Həddindən artıq qayğıkeş, ailəsinə sadiq insan idi. Hərbçilərin, xüsusən də Muradgilin vaxt olmurdu ki, ailəyə sərf etsin. Çalışırdı ki, günün bir saatı boş olsa, onu bizə sərf etsin. Evdə heç vaxt hiss etmək olmazdı ki, bu insan hərbçi - xüsusi təyinatlıdır.
Murad hərbi sahəyə çox bağlı idi. Onun həm peşəsi, həm hobbisi, həm də əyləncə yeri hərbi idi.
Hərbçiyə naz etmək ki, mən qadınam və s., bu alınan deyil. Mən təhsilimi kənara qoydum, davam etdirmədim. Evdə mən işlədim, çöldə o. Murad həmişə harasa gedəndə çox arxayın olurdu, bilirdi ki, özü qədər inandığı bir nəfər də evdə qalır. Ailə qurandan sonra özümü kənara çəkməmişəm. Deməmişəm ki, mən xanımam, incə məxluqam və s. Biz ailə quranda Murad kapitan idi. Bir hərbçi evindən, ailəsindən arxayın deyilsə, heç vaxt onun işində irəliləyiş ola bilməz. Murad kapitan rütbəsindən polkovnik rütbəsinədək yüksəldi. Bizim ən sevdiyimiz gün həftənin 5-ci günü idi. Çox sevirdi kinoya baxmağı.
Murad o qədər vətənpərvər insan idi ki, mən şadam ki, ona bu yer qismət oldu, Qarabağ torpağında şəhid oldu.
40 yaşına Qarabağda qədəm qoydu. Sonuncu doğum günündə ona mesaj yazdım, şəklini profilimə qoydum, dedi ki, çıxart, belə şeylərdən heç xoşu gəlmirdi. Göstərişi sevən insan deyildi. Ancaq diqqətcil idi. Övladları ilə vaxt keçirməyi sevirdi. Ekstremal şeyləri çox sevirdi. Onda qorxu deyilən hiss yox idi.
 
- O hərbi təhsilini Türkiyədə, “Kara Harb Okulu”nda davam etdirib. 1998-ci ildə bu məktəbi bitirib. Türkiyə, orada aldığı hərbi təhsil onun həyatına necə təsir edib? Türkiyə onun üçün nə ifadə edirdi?
- Bəli, o, Atatürkün bitirdiyi “Kara Harp Okulu”nda yüksək səviyyədə təhsil almışdı. Muradın hərbçi kimi formalaşmağında Türkiyə təhsilinin çox böyük önəmi olub. Çünki Atatürk ruhu tam başqadır. Mən Atatürkün həyatına, onun dediyi sözlərə baxanda, elə bilərəm Muradı görürəm. Çox sevirdi, Atatürkü. Mənə deyirdi ki, Türkiyəyə getməzdən öncə başqa cür insan imiş. Ora getdikdən sonra isə həm xasiyyəti, həm də dünyaya baxışı dəyişib. Həm cəsur, həm savadlı olmağı hər hərbçi bacarmır. Muradda bunların hamısı toplanmışdı. Ona diplomatik missiyada attaşelik vəzifəsi təklif etmişdilər, ancaq razılıq vermədi. Dedi ki, mən kabinetdə otura bilən hərbçi deyiləm, risk etməyi, vuruşmağı sevən adamam.
 
O şəhid olandan sonra bizi “Kara Harb Okulu”na dəvət etdilər. Orada dərs otaqlarından birinə Muradın adı verilib, şəkli qoyulub. “Kara Harb Okulu”nun girişində iri sütünlar var. O sütünlarda “Kara Harb Okulu”nu bitirib şəhid olanların adları var. Həmin adların arasında Muradın da adı yazılıb.
Muradda həm qırmızı beret var idi, həm da yaşıl, bu, hər hərbçidə olmur. Biz ora gedəndə bir törən təşkil olundu. Türkiyənin əvvəlki müdafiə naziri Hulusi Akarla şəkil çəkdirdik. Onda övladlarım Nurlana qırmızı, Dənizə yaşıl beret geyindirmişdim. Hulusi Akar uşalara baxdı və dedi ki, sizin atanız həqiqətən də yüksək səviyyəli hərbçi olub ki, bu iki beretə sahib idi. 
 
Türkiyədə şəhid ailəsinə olan yanaşma tamam başqa cürdü. Orada yaxamıza taxmaq üçün "şəhid ailəsi" yazılan kart verdilər. Dedilər birdən səhv anlayarsınız, biz istəyirik ki, generallar bunu oxuyub sizə yaxınlaşsınlar, əl verib görüşsünlər. Orada şəhid anlayışı tam başqadır.
 
- Şəhidə və ailəsinə Türkiyədəki münasibətdən danışdınız. Bəs bu münasibət Azərbaycanda necədir? 
- 2016-ya qədər susqunluq idi. Bu tarixdən sonra şəhidlik nədir, şəhid ailəsi ilə necə davranılmalıdır kimi məsələlər münasibət formalaşdı. İndi bizim dövlət qurumlarında, İcra hakimiyyətlərində şəhidlərlə, qazilərlə bağlı ayrıca şöbə yaradılıb. Müharibədən sonra şəhid anlayışı bizdə də dəyişdi. 
 
Mən heç vaxt şəhid ailəsi olduğumu bildirməmişəm, bundan istifadə etməmişəm, amma tanıyanlar, bilənlər çox hörmət edirlər. Dövlətimdən də, millətimdən də razıyam. Şəhid ailəsi o demək deyil ki, hər şeyi tələb etməlidir. Şəhid ailəsi ucalıq deməkdir. Millətimdən də, dövlətimdən də heç vaxt şikayət etmərəm. Ancaq son vaxtlar xoşuma gəlməyən bəzi nüanslar var. Bəzi şəhid ailələri bu addan sui-istifadə edirlər. Şəhid ailələri bu adın qiymətini dərk edib, onu ucuzlaşdırmasınlar. Mənim şəhid yoldaşı olan xeyli rəfiqəm var. Bir-birimizə ailəvi yaxınıq, sadiqik. Bir-birimizlə təsəlli tapmışıq. O xanımları tanıyıram. Onlar çox qürurlu insanlardırlar. Şəhidlərin adı tarixə yazılıb. Əgər şəhidin adı əbədiləşdirilməlidirsə, bunu dövlət qurumu etməlidir. Mən hətta maşınında şəhidimin şəklini gəzdirənlərə etiraz etmişəm. Demişəm ki, mənim yoldaşımın şəkilini qoyub maşın sürməyi qəbul etmirəm, hamı çıxarsın.
 
“Kara Harb Okulu”nda azərbaycanlı tələbələr də təhsil alır. Onlar ora böyük fərəhlə qəbul olunurlar. Mənə Muradla fəxr etdiklərini deyirlər. Bu, mənim üçün bəsdir. Bilirsiniz, onun haqqında kitab yazılanda da mən çox danışmamışam. Düşünmüşəm ki, qoy, hərbçi yoldaşları danışsın, belə daha yaxşı olar. Çünki o, ailəsinə heç nə danışmayan, hərbi sirri verməyən bir insan idi. 
 
- Övladları ilə bağlı arzusu nə idi? Onları harada görmək istəyirdi?
 
- Murad şəhid olanda oğlum birinci sinfə, qızım isə bağçada gedirdi. Eyni zamanda əlavə kurslara gedirdilər. Qızım çox gözəl şeirlər deyirdi. Murad hər də gələndə "ata mən təzə şeirlər öyrənmişəm" deyirdi, o da yorğun olmasına baxmayaraq, səbrlə dinləyirdi. Münasibətləri çox gözəl idi. Bir dəfə oğlundan kim olmaq istədiyini soruşdu. Dedi, ata mən insan olmaq istəyirəm. Bu cavab Muradın o qədər xoşuna gəldi ki...
Murad son zamanlar təlimə gedəndə oğlunu da özü ilə aparırdı. İstəyirdi ki, ona da nələrisə öyrətsin, tək hərbini yox, həyatı öyrətmək istəyirdi. Uşaqlar kiçik idi, arzuları yarımçıq qaldı. Murad üçün əsas bu di ki, övladları sağlam böyüsünlər.
 
- Onun sizə danışdığı hərbi xatirələri də dinləmək maraqlı olardı...
 
- Murad tez-tez 5-10 günlük təlimə gedirdi. Amma heç vaxt evdə gəlib bu haqda danışmazdı. Heç vaxt sirr verən insan olmayıb. Gəlib sakitcə oturardı. Mən bilirdim onun işinin prinsipi nədir, bunu üzündən hiss edirdim ki, haradasa gərginlik var. O həmişə öz hərbçi yoldaşlarına da deyirdi ki, iş haqqında ailədə danışmaq düzgün deyil.  
 
Aprel döyüşləri başlayan ərəfədə məlumat yayıldı ki, vertolyot vurulub. Mən ondan soruşdum ki, şəhərdə məlumatlar var ki, müharibə başlayıb. Dedi, nə məlumat, şayiələrə inanma, sakitçilikdi. İstəmirdi ki, narahat olaq...
- Bəzən şəhidlər sanki şəhid olacaqlarını əvvəlcədən hiss edirlər. O sizə bu haqda nələrsə demişdimi?
 
- Mən həmişə bu məsələdə nikbin olmuşam. Düşünürdüm ki, o özünü qoruyar, nəsə olmaz. Hətta bir dəfə yayda bir döyüşə getmişdi, 3 gün ondan xəbər çıxmamışdı. O zaman şəhidlərimiz də olmuşdu.
 
Mən həmişə deyirdim ki, özündən muğayət ol. O da deyirdi ki, narahat olma, önə getmirəm. O söz məni o qədər sakitləşdirirdi ki... Düşünürdüm ki, Murad heç vaxt öndə olmaz. Amma o ən öndə gedənlərdən imiş... Elə ön sırada da şəhid olmuşdu. Onun alnına şəhidlik, “Milli Qəhraman”lıq yazılıbmış. Sadəcə, mən bunu görməmişəm…
 
Bir dəfə dedi ki, mənə nəsə olsa, hər şeyi sənə tapşırıram. Mən də dedim ki, birdən fikirləşərsən ki, sənə nəsə olsa, "Vətən sağ olsun!" söyləyəcəm... Dedi ki, o sözü elə mərd dayanıb deyəcəksən ki, gözündən yaş da gəlməyəcək.
 
28 mart onun evdən son çıxış günü olub. Bayram yenicə ötmüşdü, deyirdi ki, vaxtı olan kimi gedəcək ata-anasını görməyə. Ancaq vaxtı tapmadı getməyə, onlar bizə gəldilər. Sonra dedi ki, gedək uşaqlara alış-veriş edək. Getdib etdik. Evə gəldik dedi ki, hamısını bir-bir geyindir, baxacam. Sanki ürəyinə dammışdı ki, bu gedişin dönüşü olmaya bilər. Martın 28-i səhər bizimlə görüşüb evdən çıxdı... 
 
- Onunla son danışığınız nə zaman olub? Nələr deyib? 
 
- Son danışığımız 2 aprel tarixində olub. Dedi ki, narahat olma, hər şey yaxşıdır. Nə vaxt gələcəyini sorduşdum, dedi nə gəlmək, hələ gəlməkdən danışma.
Aprelin 2-dən 3-nə keçən gecə ağır döyüş olub. Ön sırada ən strateji mövqedə son ana qədər vuruşublar. Səhərə yaxın ermənilər onların yerini təyin edib.
Muraddan 10 gün xəbər olmadı. Sonra dedilər ki, Muradın meyiti tanınıb, 11 aprel tarixində dəfn olundu. 
 
2016-dan bəri çox duyğularım olub. Həyatı, insanları günahkar bilmişəm. Ancaq 2 övladım üçün dik durmağa məcbur idim. Övladlarıma 1 ildən sonra atalarının şəhid olduğunu dedim. Qızım Dəniz çox ağladı, Nurlan isə bu xəbəri başqa cür qarşıladı, sanki dərdi içinə saldı... O dövr mənə çox çətin idi. Uşaqlar indi dərk edirlər ki, şəhid ölü sayılmır.
- Qarabağ işğaldan azad olundu. Murad Mirzəyev Qarabağın işğaldan azad olduğunu görsəydi, nələr deyərdi?
 
- Qələbə günü oğlum mənə dedi ki, kaş ata bu günləri görərdi, ata bunu görməyə çox layiq insan idi. Dedim ki, oğlum haqlısan, atanın ruhu şaddır, çünki torpaqlarımız azad olunub. Biz elə dövrün uşaqları olmuşuq ki, hər şey gözümüzün önündə baş verib. 20 yanvar, Qarabağ hadisələri, qaçqın və köçkünlərin gəlməyi.., bunlar istər-istəməz bizdə qisas hissini gücləndirib.
 
Kaş Murad da bu günləri görəydi. Mən müharibə vaxtı yerimdə otura bilmirdim, istəyirdim ki, gedim necəsə kömək edim.
 
Onun şəhid olduğu Talış kəndi azad ediləndə o qədər ağladım ki, ancaq ürək eləmirəm ora getməyə.
 
Qarabağ mənim üçün müqəddəs torpaqlardı. Murad kimi qəhrəmanlar o torpaqlara bizdən fərqli olaraq sürünərək, minalı yerləri qaranlıqda keçərək getmişdilər... Bunu heç vaxt unutmamalıyıq!
Oxşar xəbərlər
10:18, Bu gün
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikib?- ŞOK SƏBƏB
10:13, Bu gün
İrandakı səfirliyimizdə DƏYİŞİKLİK
10:10, Bu gün
Kəlbəcərin gözoxşayan təbiəti – Yeni video
10:04, Bu gün
Dünya üçün BÖYÜK TƏHLÜKƏ yaxınlaşır - XƏBƏRDARLIQ EDİLDİ
10:03, Bu gün
Azərbaycanın İrandakı səfirliyi ilə bağlı YENİ QƏRAR
10:00, Bu gün
Qərb Universitetində “M.Ə.Rəsulzadə-140” tədbiri - Nəsiman Yaqublu ilə görüş - FOTO
09:59, Bu gün
Avro və lirə ucuzlaşdı - Məzənnə
09:51, Bu gün
Rusiyadan Ukraynaya şok İTTİHAM- Xarkovda korrupsiya qalmaqalı
09:46, Bu gün
Abşeronda avtobus QƏZASI- xəsarət alan var 
09:41, Bu gün
İranı sel vurub-Yollar iflic, parklar bağlı
09:35, Bu gün
Azərbaycanlı aktrisanın fotoları “Times Square” meydanında: "Bu da Məlahət Türkiyəyə gedib nə iş gördü deyənlərə gəlsin..." 
09:29, Bu gün
Stomatoloq idi: Hazırda 10 dəqiqəyə 1000 dollar qazanır - FOTO
09:22, Bu gün
Şoyqunu Putinlə Cinpinin görüşünə buraxmadılar - Qapıda gözləməli oldu
09:10, Bu gün
Bakıda bu binalar söküləcək, yerində isə... - FOTO
09:03, Bu gün
Mətanət İsgəndərli: “Qardaşımın ayağı bu gün amputasiya olunmalı idi, ürəyi partladı keçindi”-ÖZƏL
08:56, Bu gün
Albaniya Azərbaycanda səfirlik açacaq - Belinda Balluku
08:44, Bu gün
12 il gizlədilən HƏQİQƏT: yadplanetlilər siyasətçiyə nə ediblər? - ETİRAF ETDİ
08:36, Bu gün
Zelenski Tehranı düşmən hesab edir -Mudabber
08:29, Bu gün
SON DƏQİQƏ -  Ermənistan Təhlükəsizlik Şurasının katibi: "4 obyekt Azərbaycana keçir"
08:17, Bu gün
Si Cinpin Putinə deyib ki, Çin “Ukrayna böhranı” ilə bağlı sülh konfransını dəstəkləyir...
08:13, Bu gün
Hikmət Hacıyev ABŞ-də dövlət rəsmiləri ilə COP29-u və regional məsələləri müzakirə edib - YENİLƏNİB
08:00, Bu gün
Səhərlər mütləq bunları yeyin- İNANILMAZ FAYDALARI
07:44, Bu gün
Zaqatalada 6 otaqlı ev yanıb KÜL OLDU
07:35, Bu gün
Qriqoryan bu kəndin 25 hektar torpağının Ermənistan ərazisində qaldığını təsdiqlədi...
07:35, Bu gün
Dünyanın ən çox maaş alan idmançıları – SİYAHI
07:08, Bu gün
Şəkəri nə azaldır? - Qan şəkərini tənzimləyən 15 qida
06:33, Bu gün
Zelenski Xarkova getdi və şəhəri işğaldan qorumağın yolunu açıqladı... -FOTO
00:21, Bu gün
Uşaqlarınızı bu oyuncaqlardan uzaq tutun
00:19, Bu gün
Yeni Kaledoniya xalqının azadlıq mübarizəsi Makronun ambisiyalarına qarşı
16 May 2024 | 23:38
Zelenski: “Rusiyanı ədalətli sülhə məcbur etməliyik”
16 May 2024 | 23:36
Putin ərəblərə Fələstin probleminin ədalətli həllini vəd edib
16 May 2024 | 23:34
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
16 May 2024 | 23:01
Sahibə Qafarova Simonyanla təkbətək söhbətləşdi
16 May 2024 | 22:58
“Qarabağ”dan bazar dəyəri bir milyon avro olan qapıçısına YENİ TƏKLİF
16 May 2024 | 22:38
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
16 May 2024 | 22:33
"Kiyev Lavrovun fikirlərini məsxərəyə qoyub və burada gizlin məna tapıb..."
16 May 2024 | 22:33
Fransa XXI əsrin Yeni Kaledoniyası ilə XIX əsrin Əlcəzairi kimi davranır
16 May 2024 | 22:22
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
16 May 2024 | 22:21
“Hizbullah” İsrailə rekord sayda raket atdı
16 May 2024 | 22:19
İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB + FOTO
16 May 2024 | 21:48
"Xarici nüfuzun şəffaflığı haqqında" qanun Avropa İttifaqının əsas norma və dəyərlərinə ziddir..."
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
16 May 2024 | 21:16
“Haber Global”: “Yeni Kaledoniyada fövqəladə vəziyyət - Makron aranı qarışdırdı” + VİDEO
16 May 2024 | 21:04
Ərdoğan: “Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir”
16 May 2024 | 20:53
Perunun daxili işlər naziri istefa verib
16 May 2024 | 20:36
Prezident: “Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik”
16 May 2024 | 20:35
Urmiya gölünün rəngi dəyişməyə başlayıb
16 May 2024 | 20:34
Ərdoğan İrakli Kobaxidze ilə görüşüb - FOTO
16 May 2024 | 20:32
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
16 May 2024 | 20:31
Azərbaycan Prezidenti: Belarusun çox yaxşı şəhərsalma təcrübəsi var
16 May 2024 | 20:28
Aleksandr Lukaşenko: Belarusun və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
16 May 2024 | 20:27
İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTOLAR
16 May 2024 | 19:49
Slovakiya baş nazirinə sui-qəsd əvvəldən planlaşdırılıb: Atəş açan şəxs radikal qruplaşma üzvü olub?
16 May 2024 | 19:08
“Mançester Yunayted” azarkeşləri braziliyalı futbolçunu ələ salıblar - FOTO
16 May 2024 | 18:25
Bakıda axtarışda olan qadın saxlanıldı
16 May 2024 | 18:18
Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını TƏLTİF ETDİ
16 May 2024 | 18:11
Bəhreyndə Ərəb Ölkələri Liqasının sammiti öz işinə başlayıb
16 May 2024 | 18:05
Artur Ağacanov: “Erməni müxalifəti də sərhəd dirəklərini quraşdırmağa məcbur olacaq” - MÜSAHİBƏ
16 May 2024 | 18:00
Azərbaycan və Küveyt vəkilləri birgə əməkdaşlıq edəcək - FOTO
16 May 2024 | 17:55
Şadlıq evləri toy sahiblərini belə aldadır - ŞOK TƏFƏRRÜAT
16 May 2024 | 17:51
Neftçalada üzərində güllə izi olan kəllə sümüyü tapıldı - FOTO
16 May 2024 | 17:47
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 5 beynəlxalq sertifikata layiq görülüb
16 May 2024 | 17:41
“Ağ çiçəyim”in güllərinin ömrünü işıqlar bitirdi? - AÇIQLAMA + FOTO/VİDEO
16 May 2024 | 17:37
Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb – ŞOK FAKTLAR
16 May 2024 | 17:33
Kür yenə daşdı, Qazaxda bəzi əkin sahələri su altında qaldı - FOTO
16 May 2024 | 17:29
Bakıda evi satan kirayənişin ölkədən qaçıb - RƏSMİ
16 May 2024 | 17:27
Bakıda tıxacın aradan qaldırılması məqsədilə yeddi layihə icra olunacaq
16 May 2024 | 17:25
Mətanət İsgəndərliyə ağır itki üz verdi
16 May 2024 | 17:24
Məşhəddə dəhşətli sel: Onlarla insan itkin düşüb - VİDEO
16 May 2024 | 17:21
Qarabağ Universitetinə mətbuat katibi axtarılır
16 May 2024 | 17:17
“Gallup” və Srbazanın koordinasiyası: Paşinyanı linç kampaniyası - ŞƏRH + FOTO
16 May 2024 | 17:11
Rusiyanın Xarkov vilayətində aktivliyi müvəqqətidir - RƏY + FOTO
16 May 2024 | 17:07
Sahibə Qafarova Alen Simonyanla görüşdü
16 May 2024 | 17:02
Sumqayıtda 12 mindən çox abonentin qazı KƏSİLƏCƏK
16 May 2024 | 16:58
Millimiz Qızıl Avropa Liqasına hazırlığı başa vurub
16 May 2024 | 16:55
Türkiyəli məşhur müğənni Bakıya gəlir
16 May 2024 | 16:54
Nazir aylar əvvəl təyin etdiyi yüksək vəzifəli şəxsi işdən çıxardı
16 May 2024 | 16:50
Bələdiyyə sədri həbs olundu
16 May 2024 | 16:46
Paşinyan öldürüləcək: Putin dedi ki... 
16 May 2024 | 16:42
ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO
16 May 2024 | 16:38
ŞOK İDDİA: “Ağ çiçəyim” qəsdən yandırılıb!
16 May 2024 | 16:35
"Putin Çinə səfərə gəlib, Si Tszinpinlə sanksiyalar və müharibədən danışacaq" - "Financial Times"
16 May 2024 | 16:34
Aleksandr Lukaşenko Bakıda şəhidlərin xatirəsini andı - FOTO
16 May 2024 | 16:30
Belarus Prezidenti Heydər Əliyevin məzarını ziyarət etdi
16 May 2024 | 16:27
Vətəndaşlara XƏBƏRDARLIQ - Bunu etsəniz, kartınızdakı pullar OĞURLANACAQ!
16 May 2024 | 16:24
BDU və Milli Depozit Mərkəzi arasında memorandum imzalandı - FOTO
16 May 2024 | 16:21
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin daha bir UĞURU
16 May 2024 | 16:10
Mədəniyyət Nazirliyində Xalq artisti Əbdül Mahmudbəyovla görüş olub - FOTO
16 May 2024 | 16:05
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış oldu
16 May 2024 | 16:00
TƏBİB-dən Sabirabadda yararsız halda olan təcili yardım maşını ilə bağlı AÇIQLAMA - VİDEO
16 May 2024 | 15:55
ƏHALİYƏ SARI XƏBƏRDARLIQ - Mayın 17-də...
16 May 2024 | 15:50
Zamanın tələbi: üzüqara ATƏT-in Minsk qrupu qapansın - TƏHLİL +FOTO
16 May 2024 | 15:45
22 yaşlı Könülün qətlində şübhəli bilinən Elvinin GÖRÜNTÜLƏRİ
16 May 2024 | 15:40
Saatlıda narkotik vasitələrin təsiri altında avtomobil idarə edən beş sürücü saxlanıldı - FOTO
16 May 2024 | 15:35
Slovakiyalı politoloq: "Baş nazirə hücum cəmiyyətdə qütbləşməyə səbəb olacaq"
16 May 2024 | 15:30
Oğuzda suvenir pullarla təqaüdçüləri aldadan şəxs saxlanıldı
16 May 2024 | 15:25
“WhatsApp+” ilə bağlı Azərbaycanda maraqlı statistika
16 May 2024 | 15:22
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxsin kütləvi məzarlıqda tapılan qalıqları dəfn olunub - FOTO
16 May 2024 | 15:20
Yeni püskürmüş Bozdağ-Güzdək palçıq vulkanında tədqiqat aparılıb - FOTO
16 May 2024 | 15:15
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
GÜNLÜK
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
16 May 2024 | 13:05
Sənədsiz ev sahiblərinin DİQQƏTİNƏ: Qeydiyyat üçün portalın hazır olacağı tarix AÇIQLANDI
16 May 2024 | 16:27
Vətəndaşlara XƏBƏRDARLIQ - Bunu etsəniz, kartınızdakı pullar OĞURLANACAQ!
16 May 2024 | 10:54
Azərbaycanda vəzifəli şəxs rüşvət alarkən TUTULDU
16 May 2024 | 10:49
Ramiz Mehdiyevin kürəkəni YENƏ GÜNDƏM OLDU
16 May 2024 | 10:59
ŞİKAYƏT: “Anadangəlmə fiziki-qüsurlu qızımın 3 il ala bilmədiyi pensiyasını vermirlər, borca-xərcə düşmüşəm”
16 May 2024 | 10:44
Tələbə qızı öldürən şəxs bu imiş - RƏSMİ
16 May 2024 | 12:49
Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü oldu - YENİLƏNİB + FOTO
16 May 2024 | 14:31
Aynur Sabitova: “Vəzifəmdən öz arzumla ayrılmışam”
16 May 2024 | 11:17
Aleksandr Lukaşenkonun rəsmi qarşılanma mərasimi oldu - FOTO
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
10 May 2024 | 12:55
Pensiya və maaşlarda artım olacaq? - VACİB AÇIQLAMA/VİDEO
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
11 May 2024 | 11:10
“Müşahidələrimizə görə Azərbaycanda 8 bəbir var”-Kameralara düşən MARAQLI-FOTO+ÖZƏL
10 May 2024 | 19:12
Saleh Məmmədovun rəis təyin etdiyi şəxsə “stop” qoyulur – 5 milyonluq borcu var...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
AYLIQ
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
16 May 2024 | 13:05
Sənədsiz ev sahiblərinin DİQQƏTİNƏ: Qeydiyyat üçün portalın hazır olacağı tarix AÇIQLANDI
16 May 2024 | 16:27
Vətəndaşlara XƏBƏRDARLIQ - Bunu etsəniz, kartınızdakı pullar OĞURLANACAQ!
16 May 2024 | 10:54
Azərbaycanda vəzifəli şəxs rüşvət alarkən TUTULDU
16 May 2024 | 10:49
Ramiz Mehdiyevin kürəkəni YENƏ GÜNDƏM OLDU
16 May 2024 | 10:59
ŞİKAYƏT: “Anadangəlmə fiziki-qüsurlu qızımın 3 il ala bilmədiyi pensiyasını vermirlər, borca-xərcə düşmüşəm”
16 May 2024 | 10:44
Tələbə qızı öldürən şəxs bu imiş - RƏSMİ
16 May 2024 | 12:49
Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü oldu - YENİLƏNİB + FOTO
16 May 2024 | 14:31
Aynur Sabitova: “Vəzifəmdən öz arzumla ayrılmışam”
16 May 2024 | 11:17
Aleksandr Lukaşenkonun rəsmi qarşılanma mərasimi oldu - FOTO