BDU ilə Hacettepe Universiteti arasında “Erasmus” mübadilə protokolu imzalanıbxa0
Cəmiyyət
1805
21 Jul 2023 | 15:30

BDU ilə Hacettepe Universiteti arasında “Erasmus” mübadilə protokolu imzalanıbxa0

Bakı Dövlət Universiteti (BDU) ilə Türkiyənin Hacettepe Universiteti arasında “Erasmus” mübadilə protokolu imzalanıb. 
 
Bu barədə Modeator.az-a BDU-dan bildirilib.
 
Müqaviləni BDU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov və Hacettepe Universitetinin Erasmus koordinatoru Ruhtan Yalçıner imzalayıb. Müqavilə çərçivəsində bakalavr, magistr, tədqiqatçılar və akademik heyətin mübadiləsi nəzərdə tutulur. 
 
Qeyd edək ki, Hacettepe Universiteti Türkiyənin ən nüfuzlu universitetlərindən biridir. 16 fakültə, 15 institut, 4 peşə məktəbi və bir konservatoriyanın fəaliyyət göstərdiyi Hacettepe Universiteti  QS WUR reytinqində 761-770-ci pillədədir. 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər