“Onun “Rənglər” silsiləsi zamanında mübahisəylə qarşılansa da, sonra dünyanın bir çox dillərinə tərcümə olundu...”
Cəmiyyət
2966
19 May 2020 | 12:38

“Onun “Rənglər” silsiləsi zamanında mübahisəylə qarşılansa da, sonra dünyanın bir çox dillərinə tərcümə olundu...”

“Rəsul Rza Azərbaycan poeziyasında öz yolu olan, cığır açan ustad sənətkardır. O, Azərbaycan ədəbiyyatında böyük bir qolun banisi, ustadırdır”

Bunu Moderator.az-a açıqlamasında “525-ci qəzet”in baş redaktoru, şair Rəşad Məcid deyib. R.Məcid doğum günü münasibətilə Xalq şairinin məzarını ziyarət etdiklərini bildirib:

“Rəsul Rzanın doğum günü münasibətilə Azərbaycan Yazıçılar Birliyindən bir neçə nəfər ənənəyə uyğun olaraq Fəxri Xiyabanda onun məzarını ziyarət etdik. Orda “Rəsul Rza Beynəlxlaq Fondunun rəhbəri, Xalq şairi Fikrət Qoca və həmçinin R.Rzanın qızları, ailə üzvləri iştirak edirdi. Eyni zamanda, Rəsul Rzanı sevənlər də var idi, amma biz sosial məsafə və qaydalara əməl etməklə 10 nəfərdən az qrupla onu ziyarət etdik. R.Rza Azərbaycan poeziyasında öz yolu olan, cığır açan ustad sənətkardır. O, Azərbaycan ədəbiyyatında böyük bir qolun banisi, ustadırdır. O, sərbəst şeirin Azərbaycanda yayılmasında və təşəkkül tapmasında böyük rol oynayıb. Onun “Rənglər” şeirlər silsiləsi zamanında çap olunanda bir az mübahisəylə qarşılansa da, sonra dünyanın bir çox dillərinə tərcümə olundu. 
İndi də o poeziyadan, stildən, rənglərdən tez-tez istifadə olunur, ordakı fəlsəfi fikirlərdən bəhrələnirlər. R.Rzanı ədəbi məktəb adlandırmaq olar və onun məktəbinə məxsus sonrakı davamçıları Əli Kərim də daxil olmaqla böyük bir qoldur və Azərbaycan poeziyasının zənginləşməsində rol oynayıblar. Eyni zamanda, R.Rza böyük bir ziyalı olub, Azərbaycan ensiklopediyasına rəhbərlik etdiyi dövrdə onun buraxdığı ensiklopediyadan əfsanə kimi danışılır. Sovet dövründə Azərbaycan dilinin inkişafında, mədəniyyətinin bir çox istiqamətlərində onun müstəsna rolu olub. Bu gün biz onu bir daha yad elədik, ruhu şad olsun”.

Vasif Əlihüseyn
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər