“Türklər Ukrayna tarixində…”- “Bu ərazidəki əhali daimi türk komponentli olub…”
Araşdırma
4079
27 Jan 2022 | 15:24

“Türklər Ukrayna tarixində…”- “Bu ərazidəki əhali daimi türk komponentli olub…”

“Ukrayna dilində rus dilində olmayan çoxlu türk sözləri var…”
 
“…"Kazak" sözünün özü türk mənşəlidir. Və ukraynalılar özlərinin Zaporojets kazakları ilə fəxr edirlər…”
 
Son günlər Ukrayna mövzusunun aktuallığını nəzərə alıb Moderator.az oxucuları üçün tatar yazarı Həsən Nəsrətdinovun rusdulli İslam saytlarında dərc olunmuş “Türklər Ukrayna tarixində” başlıqlı yazısının tərcüməsini təqdim edirik.
“Tarixçilər bilirlər ki, orta əsrlərdə türklər Dunaydan Altaylara qədər geniş ərazilərdə məskunlaşıblar. Müxtəlif dövrlərdə onlar Dnepr çayının orta axarına qədər olan ərazilərə nəzarət ediblər. Bu məntəqənin cənubundakı Ukrayna ərazisi boyunca, polovets daş  döyüşçü heykəllərinə hələ də hər yerdə rast gəlinir ki, bu da həmin ərazidə əhalinin daimi türk komponentli olduğunu göstərir. Hələ qıpçaqlara qədər bu ərazilərdə peçeneqlər və torklar (berendeylər) və digər türk tayfaları yaşayıblar.
 
Kiyev 7-10-cu əsrlərdə orta və aşağı Volqaboyu ərazisində mövcud olmuş Xəzər xaqanlığına xərac verib.
 
Müasir Xarkov XI əsrdə Qaraxanlılar sülaləsindən olan Xan Şarukanın əsasını qoyduğu və “Keçmiş illərin dastanı” və “İqor polku haqqında dastan”da adı çəkilən qıpçaq Şarukanısı olub. Müasir ukraynalı Çuqayev də qıpçaqlar tərəfindən qurulmuş və Xan Çuqayevın adını daşıyır. Şimali Qara dəniz bölgəsinin bütün ərazisi, o cümlədən əfsanəvi Lukomorye (Tmutarakan) sonralar Cuçi ulusunun və Qızıl Ordanın tərkibinə daxil olan qıpçaq tayfalarının məskunlaşdığı zonadır. Ukrayna dilində rus dilində olmayan çoxlu türk sözləri var, məsələn, "baçit" - "bax", "kulbaba" - "zəncirotu", "bayrak" - "bayraq", "kabak" - " balqabaq" , "kavun" - "qarpız", "saman" - "saman", "xarç" - "yemək", "tabor" - "qoşun dəstəsi" və s. 
 
Ukraynalı müəlliflər, məsələn, Viktor Dyaçenko müasir ukraynalıların genezisi zamanı slavyan və türk elementlərinin qarışmasından yazırlar.
 
"Kazak" sözünün özü türk mənşəlidir. Və ukraynalılar özlərinin Zaporojets kazakları ilə fəxr edirlər. Bunu kazakların məişət və təşkilati həyatının detallarını ifadə edən sözlər də təsdiqləyir: “ataman”, “yesaul”(yasavul), “koş” (yəni, oba düşərgə), “kuren”( qədim türk dillərində “küren” sözündən götürülüb və kazaklarda ev mənasında işlənir-S.L.), “qaydamak”-türk dillərində “haydamak”, haylamak sözündən götürülüb, bəzi dövrlərdə müəyyən kazak dəstələrinə verilən ad-S.L.) . 
 
Bir çox Ukrayna soyadları türk mənşəlidir. Məsələn, Xandeliy (cəsarətli xan), Handyuk (xanın nökəri), Küçuk (kiçik), Qaraxaş (qara qaşlı), Buçma, Kuçma (türkcə uca, ucu şiş papaq), Koçubəy (Küçük-bəy -kiçik bəy). Ukrayna folklorunun qəhrəmanı kazak Mamay açıq-aydın türk mənşəli bir insandır...
 
Hətta ukraynalı millətçi tarixçi Qruşevski də aşkar olanı etiraf etmək məcburiyyətində qalıb. O, belə yazırdı: “Kiyev ətrafındakı ərazilər 12-13-cü əsrlərdə boş qalmış, tez-tez köçərilər tərəfindən talan edilmiş və böyük ölçüdə türk hərbi kolonistləri tərəfindən məskunlaşdırılmışdır”. 
Beləliklə, Şimali Avrasiyada birləşdirici rol oynayan türklər Rusiyanın həm şərqindəki, həm də qərbindəki əraziləri Şərqi Avropa dövlətlərinə qədər(Macarıstan, Çexiya, Polşa) birləşdirməyi bacarıblar. Onlar yalnız bu ərazilərin inkişafına deyil, həm də orada yaşayan etnik qrupların formalaşmasına təsir göstərmişlər. Bu faktlar həm də Şimali Avrasiyanın sivilizasiya birliyini, eləcə də artıq orta əsrlərdə onun ərazisində vahid dövlətin mövcud olduğunu təsdiqləyir... 
 
Müəllif: Həsən Nəsrətdinov
 
Qeyd: Azərbaycan tarixçi və mütəxəssislərinin material barədə əsaslı şərhlərini də təqdim etməyə hazırıq.
 
Tərcümə və təqdim etdi: Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər