Sevdiyi qızla bağlı anasına danışmışdı... -  29 yaşlı şəhidin həyat hekayəti
Oxunub: 2002
16 May 2021 | 13:04
Sevdiyi qızla bağlı anasına danışmışdı... -  29 yaşlı şəhidin həyat hekayəti
Ötən il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik müzəffər ordumuzun gücünə güc qatdı. Bu, işğal altındakı torpaqlarımızın azad edilməsi naminə xalqımızın Ali Baş Komandanın ətrafinda sıx birləşməsinin bariz ifadəsi, qüdrətli Azərbaycanın bütün dünyada özünütəsdiqi idi. Yaşından, cinsindən, milliyyətindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı bu tarixi missiyaya layiqli töhfəsini verməklə müzəffər ordumuzun zəfər qazanmasına, düşmənin 30 ilə yaxın müddətdə işğal altında saxladığı torpaqlarımızdan qovulmasına dəstək nümayiş etdirdi. Kimisi canı və qanı, kimisi əqli və intellektual gücü, kimisi də mənəvi dəstəyi və gündəlik fəaliyyəti ilə tarixi qələbəmizi bir az da yaxınlaşdırdı.
 
Vətənin müdafiəsinə qalxan qəhrəman oğullardan biri də Əli Nağıyev idi. Onun Füzulidən başlayan döyüş yolu Cəbrayıldan, Hadrutdan və Xocavənddən keçib. Elə Qarabağ bölgəsinin dilbər guzələrindən olan Xocavənddə də şəhidlik zirvəsinə yüksəlib...
 
TANITIM
 
Nağıyev Əli Mehman oğlu 1991-ci il dekabrın 25-də Bakıda anadan olub. 2007-ci ildə Bakının Səbail rayonundakı 91 saylı orta məktəbin 9-cu sinfini bitirdikdən sonra “İyirminci sahə”dəki sürücülük məktəbində peşə təhsili alıb. 2010-cu ilin yanvarından 2011-ci ilin iyuluna qədər hərbi xidmətdə olub. Əsgəri xidmətini Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndi yaxınlığında, Ergi düzündə - işğalçı ermənilərlə üzbəüz mövqelərdə keçib. Qumbaraatanla sərrast atəş açmağın sirrlərini öyrənib. 
 
Füzulidən başlayan döyüş yolu...
 
Əli Nağıyev hərbi xidmətini başa çatdırdıqdan sonra Bakıda ictimai iaşə sektorunda çalışıb.Sonuncu iş yeri “Sapphir” mehmanxanalar qrupuna məxsus restoran olub. Təxminən,bir ilə yaxın müddətdə bu restoranda çalışan Əli ötən il sentyabrın 21-də hərbi təlimə çağırılıb. Ermənistanın təxribatına cavab olaraq başlanan döyüş əməliyyatlarına da buradan yollanıb. Vətən müharibəsinin ilk günündən Füzuli istiqamətindən ordumuzun zəfər yürüşünə qoşulub. 
 
Şiddətli döyüşlərdə iştirak edən Əli imkan tapanda valideynləri ilə telefon əlaqəsi yaradırdı. Atası Mehman Nağıyev deyir: “Bir ay müddətində 5-6 dəfə zəng etdi. Həmişə də əhval-ruhiyyəsi yüksək olurdu. Deyirdi ki, hər şey əladır, ermənilər qaçır, biz də onları qovuruq... Məndən nigaran olmayın!”
 
...Xocavənddə tamamlandı
 
Cəbhənin ən qaynar nöqtələrində işğalçıları torpaqlarımızdan qovan müzəffər ordumuz bütün cəbhəboyu ərazilərdə olduğu kimi, Əli Nağıyevin döyüşdüyü Füzuli, Cəbrayıl, Hadrut və Xocavənd zonasında da hər gün yeni-yeni yaşayış məntəqələrini düşmən tapdağından təmizləyirdi. Xocavənd istiqamətində geri çəkilən düşmən qüvvələri itirdikləri mövqeləri yenidən ələ keçirmək üçün hiyləyə əl atsalar da, Azərbaycan ordusunun sərt müqaviməti ilə rastlaşır, qaçmağa məcbur olurdular. Əli döyüşçü dostları ilə birlikdə şücaətlə vuruşur, qumbaratanla düşmən hədəflərinə sərrast atəş açırdı. Oktyabrın 20-də belə qızğın döyüşlərin birində o, qəhrəmancasına  şəhid oldu...
 
Füzuli. Səngər dostları ilə növbəti döyüş tapşırığından əvvəl
 
Əlinin şəhid olması xəbəri Nağıyevlər ailəsinə oktyabrın 22-də çatdırılıb. Mehman kişini işdən evə çağırıblar. “Evə gələndə gördüm ki, camaat bizim həyətə toplaşıb. Küçədə adam əlindən tərpənmək mümkün deyildi. Saat 17 radələrində Əlinin cənazəsini gətirdilər,” – şəhid atası həmin kədərli günü belə xatırlayır.
 
Əlinin döyüşçü yoldaşları onun şücaətlərindən danışıb, hansı şəraitdə şəhid olduğu barədə atasına məlumat veriblər. Bildiriblər ki, hərbçilərimiz Xocavənddə pusquya düşüblər, hətta əsir düşməmək üçün özlərini qumbara ilə partlatmaq niyyətində olublar. Pusqudan çıxa bilsələr də, düşmənin mərmi yağışına tuş gəliblər. Əlinin yaxınlığına minaatan mərmisi düşüb, igid əsgər ölümcül yara alıb.
 
Sevdiyi qızla bağlı anasına danışmışdı...
 
Nağıyevlər ailəsi əslən Ucar rayonunun Təzə Şilyan kəndindəndir. Əli uşaqlıqdan el-obaya, torpağa bağlı olub? ata-baba yurdunu çox sevirmiş, hətta gələcək həyat yoldaşını da buradan seçəcəkmiş... Bu barədə anasına deyibmiş...Müharibədən qalib kimi qayıdıb evlənmək arzusunda olub. 
 
Əli Nağıyev qardaşı Qahirlə
 
Ailənin sevimli və qayğıkeş övladı kimi Əli anasını çox istəyirmiş... Hər dəfə maaşını alanda anası ilə mağazaya gedib, qazancını onunla birlikdə xərcləməyi xoşlayarmış.
Döyüş yoldaşları, müəllimləri, vaxtilə çalışdığı “Sapphir” mehmanxanalar qrupunun kollektivi şəhid Əli Nağıyevin ailəsi ilə müntəzəm əlaqə saxlayır, mənəvi dəstək göstərirlər. 
 
Bu yaxınlarda Əlinin komandiri ailəyə baş çəkib, cəsatətli, mərd və qorxmaz oğul böyütdüklərinə görə valideynlərinə minnətdarlıq edib. Mehman kişi deyir: “Komandiri Əlidən çox danışdı, dedi ki, çox sakit və təbiyəli uşaq olub. Oğlumu Bayıl camaatındanda soruşsanız, hamı onun mədəni, tərbiyəlu oğlan olduğunu deyəcək. Çünki böyüyün-kiçiyin yolunu saxlayan uşaq idi. Onun siqaret çəkdiyini bilirdim, amma heç vaxt özündən böyüyün yanında çəkməyib. Əlinin yanında hansısa məhəllə uşağı digərinin xətinə dəyən bir söz deyərdisə, Əli onları barışdırardı, kiminsə incidilməsinə razı olmazdı”. 
 
Şəhidlik zirvəsinə uzanan yol
 
Elə bu müsbət keyfiyyətləri ilə təhsil aldığı məktəbdə müəllimlərinin, çalışdığı iş yerlərində isə  əmək kollektivinin rəğbətini qazanmışdı. Atası Mehman kişi 29 yaşında şəhidlik zirvəsinə ucalan oğlunun son iş yeri olan “Sapphir” mehmanxanalar qrupunun kollektivindən, şirkətin rəhbərliyindən razılığını ifadə edir: “İndi də gəlib-gedirlər, tez-tez əlaqə saxlayırlar. İki gün əvvəl şirkətin rəhbərliyi yenə də gəlmişdi, yardım gətirmişdilər. Əlinin şəhid olmasından 6 aydan çox keçməsinə baxmayaraq, onun maaşını hələ də verirlər”.
 
Əli Nağıyev Badamdarda Səbail rayon şəhidlərinin uyuduğu qəbiristanlıqda dəfn olunub. İndi orada 44 günlük müharibənin 11 şəhidi uyuyur.  Bura təkcə şəhid ailələri üçün yox, həm də şəhidləri tanıyan və tanımayan hər kəs üçün müqəddəs ziyarətə çevrilib. Əlinin məktəbli dostları, müəllimləri, döyüş yoldaşları, müharibədən əvvəl birgə çalışdığı əmək kollektivləri də tez-tez buraya ziyarətə gəlir. Nağıyevlər üçün ən böyük təsəllidən biri də budur.

Dostlarına da Əli Nağıyevdən çoxlu xatirələr qaldı...
 
“Şükür edirəm ki, qanı yerdə qalmadı, ordumuz bütün şəhidlərimizin qanını artıqlaması ilə aldı. Həm də Əlinin müəllimlərinin, döyüşçü dostlarının, iş yoldaşlarının münasibətini görüncə... Nə deyim vallah?! Allah hamısına kömək olsun, bizi tək qoymurlar, dərdimizə şərik olurlar” – deyə, atası bildirir.
 
Xatırladaq ki, şəhid Əli Nağıyev Vətən müharibədə göstərdiyi rəşadətə görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülüb. Medalların yaxın vaxtlarda ailəyə təqdim ediləcəyi gözlənilir.
 
Əli Nağıyev 91 saylı məktəbin yeganə şəhid məzunudur. Atası oxuduğu məktəbə Əlinin adının verilməsini çox arzulayır. Hətta bununla bağlı məktəbin direktoruna, Səbail Rayon İcra hakimiyyətinin başçısına da müraciət edib. Bu müraciətlər isə aidiyyəti üzrə yuxarı orqanlara göndərilib. Valideynləri bu müraciətlə bağlı müsbət qərarın veriləcəyini və şəhid Əli Nağıyevin adının əbədiləşdiriləcəyini səbrsizliklə gözləyir...
 
Allah bütün şəhidlərimizə rəhmət eləsin! 
 
Elxan Salahov
Oxşar xəbərlər
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:53, Bu gün
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - YENİLƏNİB
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
28 Mar 2024 | 20:25
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
28 Mar 2024 | 20:15
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
28 Mar 2024 | 20:13
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
28 Mar 2024 | 20:11
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:06
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
28 Mar 2024 | 19:59
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
28 Mar 2024 | 19:50
Əfqanıstanda güclü zəlzələ baş verib
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:27
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
28 Mar 2024 | 19:18
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
28 Mar 2024 | 19:11
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
28 Mar 2024 | 19:08
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
28 Mar 2024 | 19:05
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
28 Mar 2024 | 19:03
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 10:34
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
28 Mar 2024 | 10:40
Los Ancelesdə yaşayan azərbaycanlı həkim
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 11:16
Metroda niyə zibil qabı yoxdur?
28 Mar 2024 | 10:53
İdeal səhər rejimi necə olmalıdır?
28 Mar 2024 | 11:25
Ukrayna rus və erməni dillərini qaraçı dili ilə eyniləşdirdi...-RƏSMİ
28 Mar 2024 | 11:07
“Radikal dini cərəyanlarla, terrorla mübarizədən günahsız adamlar zərər çəkməməlidir...”
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 10:34
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
28 Mar 2024 | 10:40
Los Ancelesdə yaşayan azərbaycanlı həkim
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 11:16
Metroda niyə zibil qabı yoxdur?
28 Mar 2024 | 10:53
İdeal səhər rejimi necə olmalıdır?
28 Mar 2024 | 11:25
Ukrayna rus və erməni dillərini qaraçı dili ilə eyniləşdirdi...-RƏSMİ
28 Mar 2024 | 11:07
“Radikal dini cərəyanlarla, terrorla mübarizədən günahsız adamlar zərər çəkməməlidir...”