“Əfqanıstandakı puştunlar da qeyrət, namus sözlərini tam mənasıyla işlədir...”
Gündəm
Oxunub: 4611
23 Aug 2021 | 20:17
“Əfqanıstandakı puştunlar da qeyrət, namus sözlərini tam mənasıyla işlədir...”
“Taliban”dan öncəki hakimiyyətləri xalq seçməmişdi. Odur ki, onlar gec-tez yıxılmalıydı...”
 
“Xarici firmalar da Əfqanıstanda taliblərin nəzarəti altındakı ərazilərdə tikinti, təsərrrüfat  və s. işləri quranda  mütləq 30-40 faiz taliblərə “haqq” ödəməli idilər...”
 
İki ilə yaxın müddətdə SSRİ-nin Əfqanıstdakı hərbi-siyasi əməliyyatlarında iştirak etdiyindən orada yaşayan millət və tayfaların xarakterinə bələd olan, həmin dövrdə, eləcə də son onilliklərdə bu ölkənin tarixi, orada baş verən ictimai-siyasi proseslərlə yetərincə maraqlanmış,  eyni zamanda politoloji təhsillə olan hərbi ekspert Tərlan Eyvazov Moderator.az-a  geniş müsahibəsində bu günədək bəhs edilən ölkədəki son hadisə və proseslər, “Taliban” hərəkatı və s. haqda tamamilə fərqli fikirlər səsləndirdi.
- Tərlan bəy, bildiyimizə görə, siz  Sovet-Əfqanıstan müharibəsinin iştirakçısı olmusunuz. Bu baxımdan, yəqin ki, həmin ölkə xalqının etnopsixoloji xarakterinə də xeyli bələdçiliyiniz var. Yəqin ki, həm də bir hərbi ekspert kimi sizin bu müsəlman ölkəsində son günlər baş verənlər  barədə fikirləriniz, ümumiyyətlə, Əfqanıstana ayağı dəyməmiş, sadəcə, kənardan müşahidə və mülahizələr əsasında şərh verən bir sıra politoloqların  söylədiklərindən fərqli olar...
 
- Bəli, 1979-1981-ci illərdə  Əfqanıstanın Şindant əyalətindəki aerodrom ərazisində yerləşən sovet hərbi birləşməsində xidmət etmişəm. Həmin əyalət həm Herat, həm də Fərah əyalətləri ilə həmsərhəd idi. Digər iki əyalətdə də hərbi əməliyyatlarda iştirak etmişik.  Orada digər xalqlarla yanaşı, “Taliban”ın əsas özəyini təşkil edən puştunlar da yaşayırdı…  
 
Özü də Əfqanıstanda xidmət keçmiş rəhmətlik Zakir Sadatlının “Əfqanıstan uçurumu” adlı xatirə-romaında yazdığı kimi, orada xidmət edənlər sanki  Əfqanıstana bağlanıblar... Odur ki, mən də Əfqanıstandan qayıtdıqdan sonra da o ölkənin, o xalqın tarixi ilə daim maraqlanmışam. 1990-cı illərdə sonradan Prezident yanında Dövlət İdarəçilik Akademiyası olmuş  o vaxtkı Politologiya İnstitutunda təhsil alarkən də Əfqanıstan haqda biliklərimi dərinləşdirmişəm...
- Sizcə, Əfqanıstan tarixində əsasən hansı aspektlərə diqqət etmək gərəkdir?
 
- Öncə bilmək lazımdır ki, Əfqanıstan xalqının xeyli hissəsini təşkil edən puştunlar tarixən üsyankar millət olub və  bu günədək əşirətlər formasında yaşayır və göründüyü kimi, yadelli işğalçılara qarşı silahı yerə qoymurlar.  Hər bir əşirətin özünün başçısı, silahlı qüvvələrii, təsərrüfatı və s. olur. Onu da deyim ki, puştunların gündəlik danışığında bizim də leksikonumuzda olan QEYRƏT, HEYSƏT ( heysiyyat) NAMUS sözləri tam mənasında işlənir. Hökümətə qarşı olan döyüş CƏNG, yadelillərə qarşı olan müharibə isə CİHAD adlanır. Puştunlar əsasən Pakistanla həmsərhdə olan Qəndəhar ərazisində  köçəri həyat sürürlər. Şimal tərəfdə, “Türküstan” deyilən ərazidə  isə əsasən özbəklər, türkmənlər, xəzarilər və taciklər yaşayır.  Ölkədə əsasən iki dil  hakimdir: puştun və fars. Fars dilinin dəri şivəsi nisbətən asan qavranıldığı üçün Əfqanıstandakı bütün xalqlar, o cümlədən puştunlar, taciklər, özbəklər də  həmin dildən ümumi ünsiyyət vasitəsi kimi yararlanırlar... 
 
XX əsrdəki əfqan dövlətçiliyi məhz bəhs etdiyimiz puştunların ingilis müstəmləkəçilərə qarşı qaldırdığı üsyanlar sayəsində formalaşıb. XIX əsrin sonlarında Əfqanıstan həmin dövrdə hökmranlıq etmiş Britaniya Hindistanı və Rusiya İmperiyası arasındakı "Böyük oyun"da bufer ölkə rolunu oynayıb. 1919-cu ildə baş vermiş Üçüncü ingilis-əfqan müharibəsinin ardınca ölkə xarici təsirdən azad oldu və Əmənullah xanın rəhbərliyi altında monarxiya quruldu. Əfqanıstanı müstəqil dövlət kimi birinci Sovet Rusiyası tanıdı. 1921-ci ildə Britaniya  da bu ölkənin müstəqilliyini tanımalı oldu...  
 
Əfqanıstanın qızıl dövrü  1935-1973-cü illərdə hakimiyyətdə olmuş Məhəmməd Zahir şahın dövrü sayılır. Həmin dövrdə ölkədə yollar çəkilib, aeroportlar tikilib, qaz  yataqları tapılıb, istismar olunub və s. və i.a.  1973-cü ildə o vaxt baş nazir olan Məhəmməd Davud  Zahir şahın xaricdə müalicədə olmasından yararlanaraq onu devirib.  5 il, yəni 1978-ci ilədək hakimiyyətdə qalan Davud həm Qərblə, həm də SSRİ ilə yaxınlıq etməklə Əfqanıstanda kapitalist görüşlü bir ölkə qurmağa çalışdı. Ancaq 1978-ci ildə  SSRİ-nin dəstəyi ilə Saur(yaxud Aprel) inqilabı adlanan hərbi çevriliş həyata keçirildi. 1970-ci illərin sonunda Əfqanıstanda bir neçə dəfə dövlət çevrilişi baş verdi. Və nəticədə ölkənin bütün hərbi sistemi Sovetlər tərəfindən qurulmağa, idarə olunmağa, eləcə də ölkədə kommunizm ideologiyası təbliğ olunmağa başlandı. Beləliklə, əvvəlcə ölkədə sosialist meyilli dövlət quruldu, ardınca isə Əfqanıstan Sovet İttifaqının protektoratına çevrildi.  Təbii ki, ölkə əhalisinin böyük əksəriyyəti müsəlmanlıqdan kənar hansısa bir ideologiyanın qəbul olunmasına qarşı çıxdı. Bu da radikal təşkilatların yaranmasına və  Əfqanıstandakı sovet meyilli hökumətə qarşı  silahlı üsyanlara səbəb oldu. O halda hökumət SSRİ-dən dəstək istədi. Beləliklə, 1979-cu il dekabrın sonunda Sovet İttifaqı Əfqanıstana qoşun yeritdi...   9 ildən çox orada olduqdan sonra Qorbaçov anladı ki, Əfqanıstanda  qoşun saxlamağın mənası yoxdur.  1989-cu ilin fevralında sovet ordusu bu ölkədən çıxarıldı. Amma bu gün ABŞ-ın qoyduğu prezident Əşrəf Qəninin taliblərin gəlişindən sonra bir gün də qala bilməməsinə rəğmən Kabildə kommunist lider Nəcibulla hakimiyyətdə qaldı. Və SSRİ-nin orada qurmuş olduğu struktur, o cümlədən ordu Nəcibullanın rəhbərliyi ilə təxminən 3 il ərzində hakimiyyətdə duruş gətirə bildi. Amma bu hakimiyyətə qarşı həm İranda, həm Pakistanda və bəzi ərəb ölkələrindəki radikal dini qurumlardan ibarət güclü koalisiya formalaşırdı.  Nəticədə 1992-ci ildə Kabildə hakimiyyət devrildi. Amma bundan sonra da Əfqanıstanda əmin-amanlıq bərqərar olmadı. Çünki hakimiyyətə gələn prezident Bürhanəddin Rəbbani, baş nazir Gülbəddin Hikmətyar, müdafiə naziri, tacik əsilli Əhməd Şah Məsudun və s. hər birinin silahlı qüvvələri olmaqla öz ambisiyaları vardı. Buna görə də Əfqanıstanda daim qarşıdurmalar yaşanırdı. Ölkənin ziyalıları, iş adamları və s. anladılar ki, “şurəvi” dedikləri  sovetlərin qovulmasına baxmayaraq indi də ölkədə qardaş qıırğını gedir. Ona görə də əsasən Pakistanın dəstəyi ilə “Taliban” hərəkatı yaradılmağa başlandı. “Taliban” “tələbələr” deməkdir. Ölkədəki mədrəsələrdə təxminən 200 minə yaxın tələbəyə aşılandı ki, Əfqanıstanın birliyi, rifahı və gələcəyi üçün mütləq İslam qanunlarına uyğun şəriət dövləti qurulmalıdır. Ona görə də 1994-cü ildən Molla Məhəmməd Ömərin başçılığıyla “Taliban” hərəkatı mübarizəyə başladı.  1996-cı ildən etibarən Əfqanıstan ərazisinin çox hissəsi “Taliban” qruplaşması tərəfindən ələ keçirildi ki, nəticədə ölkənin çox hissəsi beş ilə yaxın müddət ərzində Əfqanıstan İslam Əmirliyi adlı  rejim tərəfindən idarə olundu. Təbii ki, o dövrdə “Taliban” həddən artıq radikal hərəkətlər edir, edamlar –filan təşkil edirdilər. Amma taliblərin hakimiyyətdə olduğu 5 il ərzində müsbət işlərdən biri o oldu ki, dünyanın 80 faizini heroinlə təmin edən Əfqanıstanda, narkotik ticarəti, demək olar ki, tamamilə dayandırıldı. O dövrü bəlkə də “hərbi islami kommunizm” adlandırmaq olar. Çünki sosial ədalət və bərabərliyə səy göstərildi, ədalət məhkəmələri quruldu, haram içkilər, musiqilər qadağan olundu,   islami qayda-qanunlar bərqərar edildi. Və ən əsası, bir murdar cahillik adəti olan uşaqbazlıq kultu ləğv olundu. O vaxta qədər hər bir imkanlı əfqan evində arvadlarından savayı özü üçün bir oğlan uşağı da saxlayır və onunla da şəhvət hisslərini təmin edirdi...  
 
- Bəs əgər  “Taliban” xalqa xidmət edirdisə, nəyə görə cəmi 5 il hakimiyyətdə qaldı?
 
- Hər şey 11 sentyabr olaylarından sonra - 2001-ci ilin payızında ABŞ və NATO-nun rəhbərliyi altında koalisiya qoşunlarının “beynəlxalq terrorçuluğa qarşı mübarizə” adı ilə Əfqanıstana soxulması ilə başlandı.  Az qala bütün dünyanın həm hərbi, həm də siyasi təzyiqləri altında  “Taliban” qruplaşmasının üzvləri hakimiyyətdən getməli oldu və “demokratik” hesab olunan yeni hökumət quruldu. Və həmin dövrdən dünyanın, o cümlədən Azərbaycanın əksər politoloqları bəyan etdilər ki, artıq “Taliban” bitdi və bundan sonra onun dirçəlmək imkanı yoxdur. Ancaq  mən əvvəldən deyirdim ki, taliblərin amerikanlara boyun əyməsi qeyri-mümkün olan şeydir.  Bununla belə, ABŞ və Avropanın nəhəng qoşunları və müasir texnikaları qarşısında “Taliban” şəhərlərdən kəndlərə çəkilməyə məcbur oldu.  Və əslində o dövrdən etibarən taliblər hakimiyyətdən tam şəkildə getmədi. Yəni hakimiyyət təxminən yarıbayarı şəhərlərdə Amerikanın qurduğu Əfqanıstan hökumətinin, kəndlərdə isə “Taliban”ın əlində idi... Yenə də ölkədə xaos başladı, narkotik ticarəti baş qaldırdı, ABŞ hökumət vasitəsilə hər şeyi nəzarətə almağa çalışdı. Lakin bütün bunlara rəğmən “Taliban” mübarizəni davam etdirdi. Və bir neçə ildən sonra Ağ Ev də Moskva kimi anladı ki, Əfqanıstanda bataqlığa düşüb. Buna görə də “Taliban”la danışıqlara başladı ki,  heç olmasa oradan çıxanda simasını qorusun.  Yəni  taliblər də təmsil olunmaqla koalisyon hökumət qurulsun. Lakin “Taliban” buna razı olmadı və hakimiyyəti bütövlükdə ələ keçirəcəklərini bəyan etdi.  Rusiya da bu vəziyyətdən yararlanaraq vaxtilə ABŞ-ın sovetlərə qarşı mücahidləri silahla təmin etdiyi kimi, “Taliban”ı  ABŞ-a qarşı silahlandırmağa başladı. Eləcə də Çin, Pakistan və bəzi ərəb ölkələri bu yolu tutdu... 
 
- Bəs “Taliban” həmin silahları almaq və 70 minlik ordusunu saxlamaq üçün maliyyə vəsaitini haradan alırdı?
 
- Onlar həmin vəsaiti  hakimiyyətdə olduqları kənd əyalətlərindəki insanlardan İslam şəriətinə uyğun olaraq vergi və zəkat yığmaqla, eləcə də o ərazilərdən biznes quranlardan “hesab” almaqla əldə edirdilər. Biznesmenlər arasında əsasən yol tikintisi ilə məşğul olan  iş adamlarından pul alınırdı. Çünki onlar müxtəlif dəstələrin hücumlarından, soyğunlarından sığortalanmaq üçün “Taliban”a pul buraxmağa məcbur olurdular. Hətta xarici firmalar da Əfqanıstanda taliblərin nəzarəti altındakı ərazilərdə tikinti, təsərrrüfat  və s. işləri quranda  mütləq 30-40 faiz taliblərə “haqq” ödəməli idilər... 
 
- Taliblər Kabili tutmamışdan öncə nəyə görə Tacikistan, Özbəkistan sərhədləri istiqamətində hücumlara başladılar?
 
- Bilirsiz, “Taliban” ölkənin şimalındakı qeyri-puştun özbək, tacik və digər xalqların nümayəndələrindən gözlənilən mümkün təhlükələri neytrallaşdırmaq məqsədilə keçmiş sovet ölkələri ilə sərhədləri tutmalıydı. Nəticədə taliblər Özbəkistan, Tacikistan və Türkmənistanla  sərhəddə möhkəmləndilər. Və əvvəlki dövrdən fərqli olaraq bu dəfə “Taliban”  şimaldakı xalqların nümayəndələrindən də öz sıralarına qatdı... 
 
- Maraqlıdır ki, nə əcəb, özbəklər, taciklər və s. daim aralarında ziddiyyət olan  puştunların hökmran olduğu “Taliban” hərəkatına qoşuldular?
 
- Çünki milliyətindən asılı olmayaraq artıq Əfqanıstanın əksər sakinləri rüşvətxor, korrupsioner hökumətdən bezmişdilər. Savadsız adamlar da dərk edirdi ki, Qərbin, Amerikanın ayırdığı 10 milyardlar puldan adi vətəndaşlara heç bir fayda yoxdur. Digər tərəfdən, son bir neçə ildə Əfqanıstanın xüsusən cənub bölgələrində havalar həddindən artıq quraq keçdiyindən insanların vəziyyəti daha da ağırlaşmışdı və hökumət də bunun müqabilində heç bir tədbir görmürdü. Buna görə də Kabildəki Amerikameyilli Əşrəf Qəni iqtidarından narazılıq daha da artırdı... Bütün bunlar ona gətirib çıxardı ki, artıq hökumət ordusunda da etirazlar yetişdi. Və buna görə də “Taliban” hücuma keçəndə bütöv briqadalar silahlarını təhvil verib çıxırdılar və Taliblər də onlara toxunmurdu... 
 
- Bəs ümumiyyətlə, necə oldu ki, Əfqanıstan hökumətinin 300 minlik ordusu iki həftədən də az bir müddətdə cəmi 70 minlik “Taliban” ordusu qarşısında çökdü?
 
- Ağ Ev elə düşünürdü ki, Əfqanıstanda yaratdığı 300 minlik ordu orada, demək olar ki, özünün formalaşdırdığı hakimiyyəti qoruyacaq. Amma belə olmadı.  Bəs niyə? Hansı səbəblərdən? Çoxları belə hesab edir ki,  bu boyda nizami ordunun özündən azı 4 dəfə kiçik talib ordusu qarşısında  çökməsi əfqan ordusunun zəifliyi ilə, yaxud razılaşdırılmış siyasi gedişlə bağlı olub. Amma Əfqanıstana bələd olanlar bilir ki, əsl gerçəklik başqa cürdür...
 
Əvvəla, əksər Şərq ölkələrində olduğu kimi, Əfqanıstan hakimiyyəti tərəfindən həddən ziyadə böyük siyasi səhvlərə yol verildi. Eks-prezident Həmid Kərzayi də, indi qaçqın olan prezident Əşrəf Qəni də seçkilərdə hazırda keçid hakimiyyətində təmsil olunan Abdullah Abdullaha uduzmuşdular. Amma Kərzayi də, Qəni də  ABŞ-ın “adamları” olduqlarına görə Abdullaha namizədliyini geri götürmək üçün təzyiqlər göstərdilər. Halbuki faktiki olaraq seçkiləri Abdullah udmuşdu... Yəni o hakimiyyətləri  xalq seçməmişdi... Odur ki, gec-tez yıxılmalıydılar...
 
İkincisi, əfqan ordusunda “komandos” birləşmələrindən savayı heç bir ordu bölməsi Talibana qarşı vuruşmaq istəmədi. Çünki (sovet vaxtında da belə faktların şahidi olmuşuq) Əfqanıstanda əksəriyyətin bir-biri ilə qohumluq əlaqələri var və heç kəs qarşı tərəfdə olacaq qohumuna güllə atmaq istəmir... 
 
Üçüncüsü və bəlkə də ən əsası, ABŞ-ın Əfqanıstana ayırdığı 1 trilyon dollara yaxın vəsaitin böyük bir hissəsi Əfqan hökumət ordusunun  qurulmasına xərclənsə də, həmin ordu sənədlərdə olduğu kimi qurulmayıb. Yəni sənəddə  300 min nəfər göstərilsə də, faktiki olaraq sırada heç 100 min hərbçi olmayıb. Araşdırmalardan bəlli olub ki, Əfqanıstan ordusunun hərbi qulluqçularının 200 mindən çoxu “ölü can”lardır.  Yəni həmin sayda ştatlara maliyyə vəsaiti ayrılıb, amma əslində bütöv taborlar, briqadalar var ki, adı var, özü yoxdur.  Bir sözlə, Əfqanıstan ordusuna ayrılan vəsaitin çoxu yeyilib.  Xatırladım ki, son 20 il ərzində yalnız Pentaqonun (ABŞ hərbi nazirliyinin) Əfqanıstanda  xərclədiyi vəsait Amerika vergi ödəyicisinə 824 milyard dollara başa gəlib. 84 milyard dollar Əfqanıstan təhlükəsizlik qüvvələrinin yaradılması və hazırlığına xərclənib...  Həmin pullar da ilk növbədə prezidentin, onun məmurlarının Qərbdəki bank hesablarına yatırılıb. Və bu yeyintilərdə, sözsüz ki,  Ağ Evin və Pentaqonun bir sıra rəhbər məmurlarının da marağı olub.  Çünki  bu, olmasa, milyardlarla vəsaitin belə “havaya sovrulması” mümkün olmazdı....
Bütün bunlar əfqan xalqının iqtisadi-sosial durumuna da çox mənfi təsir göstərib. Və eyni zamanda sonda ordunun azsaylı bir qüvvə qarşısında çökməsinə gətirib çıxarıb...
 
Son olaraq ABŞ “Taliban”la danışıqlarda razılığa gəldilər ki, diplomatlar Kabildən çıxanadək oraya hücum etməyəcəklər. Taliblər da buna əməl edərək paytaxta girmirdilər. Ancaq sonda Kabildə tam xaos hökm sürdüyünü, prezidentin qaçdığını, hakimiyyətin idarəolunmaz hala gəldiyini, tezliklə şəhərdə soyğunçuluğun, talançılığın baş alıb gedəcəyini görəndə “Taliban” rəhbərliyi qoşunların silahsız şəkildə paytaxta girməsinə qərar verdi. Məqsəd paytaxtda qismən də olsa, qayda-qanun yaratmaq idi. Və doğrudan Kabilə girəndən sonra taliblər həmin qayda-qanunu yaratmağa başladılar... Biz görürük ki, “Taliban”ın qadınlara, təhsilə, biznesə münasibəti 90-cı illərdəkindən fərqli olaraq normaldır. Heç bir xarici diplomata, qadınlara toxunulmur, hətta qadın “Taliban” liderləri ilə birgə müsahibə də verir.  Belə bir vəziyyətdə hesab edirəm ki, istər qardaş Türkiyə, istərsə də Azərbaycan hərbçiləri üçün Kabildə heç bir təhlükə yoxdur. Amma yəqin ki, artıq paytaxtda sabitlik bərqərar olandan, yeni hökumət qüvvələri ən vacib obyektləri nəzarət altına aldıqdan sonra bütün xarici hərbi qüvvələr Əfqanıstandan çıxarılacaq... 
 
(Davamı var)
 
Sultan Laçın
 
Oxşar xəbərlər
22:47, Bu gün
Bakı metrosunda sərnişin qatar yoluna düşdü
22:42, Bu gün
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
22:35, Bu gün
Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: “Qandalı açıb polisə verdim ki...” - VİDEO
22:27, Bu gün
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib - FOTO
22:20, Bu gün
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub - FOTO
22:17, Bu gün
İlham Əliyev kimdir: Diplomatiya titanı, yoxsa, siyasi sehrbaz?
22:15, Bu gün
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
22:14, Bu gün
Çexiya Ukrayna üçün 500 min mərmi alıb
22:13, Bu gün
Zukerberq sərvətinə görə Maskı geridə qoydu
21:56, Bu gün
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
21:15, Bu gün
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
21:09, Bu gün
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
21:08, Bu gün
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
21:07, Bu gün
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
20:48, Bu gün
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
20:47, Bu gün
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
20:35, Bu gün
Səhər Günəş doğandan sonra açılır...
20:22, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
20:14, Bu gün
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:09, Bu gün
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
20:01, Bu gün
Azərbaycanda sayt rəhbəri həbs olundu
19:30, Bu gün
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19:21, Bu gün
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19:19, Bu gün
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19:11, Bu gün
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19:09, Bu gün
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
18:34, Bu gün
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
18:23, Bu gün
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
18:04, Bu gün
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
18:02, Bu gün
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
17:58, Bu gün
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
17:56, Bu gün
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
17:54, Bu gün
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
17:49, Bu gün
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
17:40, Bu gün
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
17:34, Bu gün
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
17:33, Bu gün
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
17:27, Bu gün
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
17:18, Bu gün
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
17:13, Bu gün
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
17:08, Bu gün
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
17:03, Bu gün
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
17:03, Bu gün
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
17:00, Bu gün
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
16:58, Bu gün
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
16:55, Bu gün
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
16:53, Bu gün
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
16:45, Bu gün
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
16:38, Bu gün
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
16:36, Bu gün
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
16:25, Bu gün
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
16:20, Bu gün
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
16:19, Bu gün
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
16:17, Bu gün
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
16:14, Bu gün
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
16:11, Bu gün
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
16:07, Bu gün
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
16:02, Bu gün
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
16:01, Bu gün
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
15:58, Bu gün
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
15:56, Bu gün
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
15:49, Bu gün
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
15:47, Bu gün
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
15:44, Bu gün
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
15:40, Bu gün
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
15:38, Bu gün
Putinin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyuldu...
15:35, Bu gün
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
15:34, Bu gün
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
15:29, Bu gün
20 min manat borca görə qəssab həbs edildi
15:25, Bu gün
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
15:20, Bu gün
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
15:17, Bu gün
Meteohəssas insanlar üçün PROQNOZ
15:16, Bu gün
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
15:15, Bu gün
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
15:13, Bu gün
Tovuzda qadının üstünə benzin töküb yandırdı
15:13, Bu gün
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
15:08, Bu gün
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
15:02, Bu gün
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
14:55, Bu gün
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
14:48, Bu gün
Türkiyə XİN İsraillə İrana çağırış edib
14:47, Bu gün
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
14:47, Bu gün
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
14:43, Bu gün
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
14:42, Bu gün
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
14:41, Bu gün
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
14:36, Bu gün
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
14:33, Bu gün
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
14:25, Bu gün
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
14:21, Bu gün
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
14:13, Bu gün
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
14:11, Bu gün
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:09, Bu gün
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
14:01, Bu gün
Bərdədə ağır yol qəzası baş verib
13:58, Bu gün
BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir
13:51, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
13:50, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
13:44, Bu gün
ANAMA sığortaçı seçir
13:43, Bu gün
MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır
13:36, Bu gün
Sumqayıtda qanunsuz tikili sökülüb
13:27, Bu gün
Bakıda evdə partlayış: Ölən var
GÜNLÜK
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
16 Apr 2024 | 22:04
Varlı kişiləri cəlb etməyi bacaran 4 BÜRC QADINI
AYLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO