Sadır Japarov İlham Əliyevə təbrik məktubu göndərdi
Siyasət
146
17:30, Bu gün

Sadır Japarov İlham Əliyevə təbrik məktubu göndərdi

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Moderator.az həmin məktubun mətnini təqdim edir:

"Qırğız Respublikasının xalqı adından və şəxsən öz adımdan Sizi Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan Respublikası Sizin müdrik rəhbərliyinizlə dinamik inkişafını davam etdirir və dünya birliyində layiqli yer tutub.

Tam əminəm ki, Qırğızıstan ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətləri qardaş xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və rifah, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər