Cəmiyyət
3672
10 Jan 2022 | 14:45

"Ona görə də atalar deyir ki, itlə dostluq et, amma çomağını əlindən yerə qoyma...”

“Vallah siyasətçi deyiləm, amma qardaş Qazaxıstanda baş verənlər təbii ki, ürəyimizi ağrıdır. Görürəm ki, Qazaxıstanda bir yenilik yaratmaq istəyirlər. Amma o yenilikləri, inkişafı yaratmaq, daha da artırmaq üçün gərək ölkənin başında ağıllı Ali Baş Komandan dayansın, idarəetmə tam olaraq əlində olsun ki, ölkəni bütün bəlalardan çıxara bilsin”
 
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Bilal Əliyev Qazaxıstandakı hadisələr haqda danışarkən deyib. Müğənni ölkəmizdə olan sabitliyi dilə gətirib və insanlarımızı bu birliyi qorumağa çağırıb:
 
“Qazaxıstanda olan hadisələrin şəxsən bizim ölkəmizə heç bir təsiri ola bilməz. Çünki bizim xalqımız rahat, arxayın olmalıdır ki, ağıllı prezidentimiz, Ali Baş Komandanımız var. Gözünüzlə də görürsünüz ki, bütün işləri necə də ağıllı aparır. Müharibəyə hazırlaşdı, ordunu gücləndirdi, xalqı yumruq kimi birləşdirdi və 44 günə torpaqlarımızı işğaldan azad etdi. Düşünülmüş şəkildə əmr verdi və qələbə əldə etdik. Millətimiz həmişə bir olmalıdır, xaricdən əleyhimizə danışanların sözlərinə inanmalı deyilik. Ölkə başçımız, Cənab İlham Əliyevin ətrafında daha da möhkəm birləşmək lazımdır. 
 
Bu məmləkəti sıfırdan Ulu Öndər Heydər Əliyev qaldırıb, o müasir Azərbaycanın memarı, xilaskarıdır, bütün xalqımızın mənəvi atasıdır. Biz bunu qiymətləndirməliyik və indi şükür Allaha, ölkəni idarə edən də onun oğlu Cənab İlham Əliyevdir. Azərbaycan onun atasının qurduğu evdir. Cənab Prezident isə heç vaxt imkan verməz ki, burda yaşayış aşağı düşsün, insanlar pis yaşasın. Gün-gündən çalışır ki, insanlar yaxşı yaşasın. Amma çox təəssüf ki, içimizdən tək-tək adamlar çıxırlar və Ali Baş Komandanın gördüyü işlərə kölgə salmaq istəyirlər. Amma heç vaxt mümkün olmayacaq.  
 
Qaldı ki, Qazaxıstanda Nazarbayev hakimiyyəti Tokayevə verəndə bəlkə də fikirləşdi ki, öz adamımdır, mən nə desəm, onu edəcək. Ancaq bəzi insanlar vəzifəyə gələndən sonra dəyişirlər. Hətta öz doğmalarını belə tanımırlar. Ona görə də atalar deyir ki, “itlə dostluq et, amma çomağını əlindən yerə qoyma”.
 
Vasif Əlihüseyn
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər