İlham Əliyev Azərbaycanın liderliyinin “sirrini açdı”: Ölkəmiz necə birinci olub?
Ekskluziv
275
20:47, Bu gün

İlham Əliyev Azərbaycanın liderliyinin “sirrini açdı”: Ölkəmiz necə birinci olub?

İyunun 1-də Bakı Ekspo Mərkəzində “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimi keçirilib. Mərasimdə çxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın enerji sektorunda həyata keçirdiyi islahatlardan bəhs edib, ənənəvi və alternativ enerji mənbəri ilə bağlı gerçəkləşən layihələrə toxunub.

Ölkə başçısının çıxışında diqqət çəkən məqamlardan biri də Azərbaycanın enerji təhlükəsizliyi sahəsində gördüyü işlər və qlobal enerji təhlükəsizliyinə verdiyi mühüm töhfə olub. Bu töhfənin miqyas və əhəmiyyətini təsəvvür etmək üçün Prezident İlham Əliyevin çıxışındakı aşağıdakı məqamlara nəzər salmaq kifayətdir:

“Enerji təhlükəsizliyi. Biz hamımız ondan danışırıq, xüsusilə indi Yaxın Şərqdəki böhran bir çox ölkələrin, istehsalçı və istehlakçıların enerji təhlükəsizliyinə ciddi zərbə vurduğu vaxtda. Biz bunun üzərində uzun illər çalışmışıq. Biz böyük sərmayələr yatırmışıq və Xəzər dənizini Aralıq dənizi ilə ilk dəfə birləşdirən Bakı-Tbilisi-Ceyhan, Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Supsa neft kəmərləri kimi irimiqyaslı infrastruktur layihələrinə başlamışıq. Cənubi Qafqaz qaz kəməri ilə günümüzün ən iddialı enerji infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizini təşkil edən TANAP və TAP, Trans-Anadolu və Trans-Adriatik qaz kəmərləri 3500 kilometr uzunluğunda birləşmiş boru xətti sistemindən ibarətdir. Layihənin bir hissəsi yüksək dağlıq ərazidən keçir, bir hissəsi isə dənizin dibi ilə gedir. Bu gün bu layihə sayı artmaqda olan ölkələrin enerji təhlükəsizliyini təmin edir. Biz bu layihəyə başladıq və bizimlə birlikdə olan tərəfdaş ölkələrə və şirkətlərə minnətdarıq.

Bu gün Avropa enerji bazarının Cənub Qaz Dəhlizi olmadan necə olacağını təsəvvür etmək çətindir. Qeyd etdiyim kimi, biz sayı artmaqda olan ölkələri qazla təchiz edirik. Keçən il burada – “Bakı Enerji Həftəsi”ndə mən auditoriyaya məlumat verdim ki, Azərbaycan qazını 12 ölkə alır. Bu gün onların sayı 16-dır və onlardan 10-u Avropa İttifaqına üzv olan ölkələrdir. Bu ölkələrin sayı, əlbəttə ki, artacaqdır. Boru xətti ilə qazın müxtəlif ölkələrə nəql edilməsi, ərazi və coğrafiya kimi parametrlərə baxsanız görərsiniz ki, biz dünyada birinciyik”. (https://president.az/az/articles/view/72619 ).

Əslində, Prezident İlham Əliyev bu sözləri ilə Azərbaycanın enerji təminatı və enerji təhlükəsizliyi sahəsindəki liderliyini necə, hansı böyük əməklər sayəsində əldə etdiyini açıqladı və faktlar əsasında sübut etdi ki, bu birincilik böyük maliyyə vəsaitləri,  uzunmüddətli əmək və uzaqgörən siyasət nəticəsində əldə edilib. Bakı-Tbilisi-Ceyhan  və Bakı-Supsa layihələri buna nümunədir.

Xəzərdən Aralıq dənizinə uzanan yol: Azərbaycan möcüzələr yaratmaqda davm edir...

Prezident İlham Əliyevin sözlərindən məlum olduğu kimi, Azərbaycan enerji təhlükəsizliyinin etibarlı şəkildə təmini üçün böyük maliyyə vəsaitləri sərf edib, bu məqsədlə ağır coğrafi relyeflərdə mürəkkəb layihələr icra edib. Bunun bir nümunəsi  Xəzərdən Aralıq dənizinə qədər uzanan Bakı-Tbilisi-Ceyhan  neft kəmərinin inşası ilə bağlıdır. Bu layihə Azərbaycan neftinin dünya bazarına çıxarılmasını təmin etməklə yanaşı, Avropanın enerji təminatının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasında mühüm rol oynamaqdadır. Bir tək bu layihə Azərbaycanın enerji təhlükəsizliyinə necə böyük önəm verdiyini, buna nail olmaq üçün necə böyük, qlobal layihələr həyata keçirdiyini göstərir.

Xəzərlə Qara dənizi birləşdirən Bakı-Supsa neft kəməri də Azərbaycanın qlobal enerji təminatı və enerj təhlükəsizliyinə verdiyi önəmi əks etdirir. Bütün digər layihələr kimi, bu layihə də sübut edir ki, rəsmi Bakı sadəcə enerji təhlükəsizliyindən danışmaqla kifayətlənmir, həm də bu problemin effektif həlli istiqamətində irimiqyaslı addımlar atır.

Sözügedən faktlar sübut edir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminində həqiqətən də mühüm rol oynayır və bu rol hər ötən gün daha da artmaqdadır.  

Aİ-nin ölkəmizdən artan asılılığı və iqtisadi qüdrətinin zirvəsində qərarlaşan Azərbaycan...

Prezident İlham Əliyev məlum çıxışında Azərbaycanın Avropa İttifaqı ölkələrinin enerji təmnatındakı roluna da diqqət çəkib. Dövlət başçısı qeyd edib ki, hazırda 16 ölkə Azərbaycan qazı idxal edir ki, onların 10-u Avropa İttifaqı dövlətləridir. Bu fakt bir daha onu göstərir ki, Avropa İttifaqı ölkələrinin Azərbaycandan enerji asılılığı sürətlə artmaqdadır.

Bundan başqa, qaz nəqlinin genişlənməsi Azərbaycan büdcəsinə daxil olan vəsaitlərin ildən-ilə çoxalmasını təmin edir ki, bu da dövlətə yeni, qlobal layihələri maliyyələşdirmək imkanı qazandırır.

Bir sözlə, “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində Prezident İlham Əliyevin çıxışı, dövlət başçısının tədbir iştirakçılarına təqdim etdiyi faktlar onu deməyə əsas verir ki, hazırda Azərbaycan öz iqtisadi qüdrətinin zirvəsindədir. Yeni enerji layihələri, tərəfdaşlıq və əməkdaşlıq müqavilələri, iqtisadi proyektlər onu deməyə əsas verir ki, ölkəmiz hələ uzun müddət öz liderliyini qoruyub saxlayacaq, xalqımızı yeni uğurları ilə sevindirəcək.

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər