Türkiyə Sudanda sülh üçün səylərini davam etdirəcək
Dünya
168
21:40, Bu gün

Türkiyə Sudanda sülh üçün səylərini davam etdirəcək

Türkiyə Sudanda axan qanın dayandırılması üçün səyləri davam etdirəcək.

Moderator.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sudanın Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan ilə görüşdə deyib.

Liderlər həmçinin Türkiyə-Sudan ikitərəfli əlaqələri başda olmaqla, regional məsələləri müzakirə ediblər.

Ərdoğan ticarət, kənd təsərrüfatı, enerji və müdafiə başda olmaqla, bir çox sahədə Türkiyə ilə Sudan arasında əlaqələri inkişaf etdirmək üçün işlərin davam etdiyini bildirib.

Qeyd edək ki, Sudanda artıq üç ildir vətəndaş müharibəsi gedir. Sudan ordusu ilə Çevik Reaksiya Qüvvələri (ÇRQ) arasında toqquşmalar 2023-cü il oktyabrın 15-dən davam edir. Hərbi münaqişə 40 mindən çox yerli sakinin həyatına son qoyub, 14 milyona yaxın insan öz evlərini tərk etməyə məcbur qalıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər