Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu - VİDEO
129
12:24, Bu gün

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu - VİDEO

Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən 34 yaşlı Elvin Əliyev saxlanılıb.
 
Moderator.az xəbər verir ki, tibbi müayinə zamanı sürücünün marixuana istifadə etdiyi məlum olub. E.Əliyev barəsində toplanmış material baxılması üçün məhkəməyə göndərilib.
 
Məhkəmənin qərarı ilə o, inzibati qaydada həbs olunub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər