Ülviyyə Həmzəyeva yenidən sədr seçildi
Mədəniyyət
164
12:51, Bu gün

Ülviyyə Həmzəyeva yenidən sədr seçildi

Ülviyyə Həmzəyeva yenidən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri seçilib.
 
Moderator.az xəbər verir ki, bu barədə Birliyin VI Konfransında qərar qəbul olunub.
 
Konfransda qurumun son beş illik fəaliyyəti müzakirə edilib, görülən işlər və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.
 
Tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva hesabat məruzəsi ilə çıxış edib.
 
Daha sonra açıq səsvermə keçirilib. İştirakçılar Ülviyyə Həmzəyevanın namizədliyini dəstəkləyərək onu yenidən Birliyin sədri seçiblər.
 
Ülviyyə Həmzəyeva göstərilən etimada görə təşəkkür edib. O, Naxçıvan rəssamlıq məktəbinin inkişafı, gənc rəssamların dəstəklənməsi və beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində fəaliyyətin davam etdiriləcəyini bildirib.
 
Xatırladaq ki, Ü.Həmzəyeva ilk dəfə 2011-ci ildə Naxçıvan MR-nin Rəssamlar Birliyininin sədri seçilib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər