Kredit gecikməsinə görə 100-dən çox tanışına zəng etdilər - VİDEO
243
10:20, Bu gün

Kredit gecikməsinə görə 100-dən çox tanışına zəng etdilər - VİDEO

Kredit gecikməsi səbəbindən təkcə şirkət qarışısında yox, həm də yaxınları arasında pis vəziyyətdə qaldığını bildirir. Dediyinə görə, telefonunun kontakt siyahısında olan 100-dən çox şəxsə onun krediti gecikdirməsi ilə bağlı zəng edilib.
 
 Hadisə paytaxt sakini Kənan Əlizadənin başına gəlib.
 
Moderator.az xəbər verir ki,  "Xəzər Xəbər"ə müraciət edən vətəndaş deyir ki, təxminən 5 ay əvvəl bank olmayan kredit təşkilatından 500 manat kredit götürüb. Elə olanlar da bundan sonra baş verib. Belə ki, kreditinin bir neçə gün gecikməsi onu tanışları arasında çətin vəziyyətə salıb.
 
 Kənan Əlizadə deyir ki, kredit təşkilatının mobil əlavəsi vasitəsi ilə onun telefonundakı əlaqə siyahısındakı məlumatlar ələ keçirilib. Beləliklə kontaktında olan 100 nəfərdən çox şəxsə gecikmə ilə bağlı zəng daxil olub.
 
 Vəkil Anar Ramazanov isə deyir ki, bankların və ya kredit təşkilatlarının, kredit götürən şəxsin onlarla yaxınına zəng etməyi düzgün olmasa da, bu bəzən müqavilədə qeyd olunur. Vətəndaş imzaladıqdan sorna müqavilə əsas götürülərək bəzən sui-istifadə halları müşahidə oluna bilir.
 
 Anar Ramazanovun sözlərinə görə, bu vəziyyətdən və belə zənglərdən narahat olan şəxslər məhkəməyə müraciət etdikdə, vurulan mənəvi sarsıntı və ya zərər qiymətləndirilərək şirkətdən tələb edilə bilər.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər