Bizi sosial şəbəkələrdən izləyin:
"Ukraynada şəhərlərin bərpası yalnız dağıdılmış binaların yenidən tikilməsi ilə məhdudlaşmamalı, eyni zamanda sosial və iqtisadi inkişafı da əhatə etməlidir".
Moderator.az xəbər verir ki, bu sözləri BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) nəzdində fəaliyyət göstərən "UN4 Ukrainian Cities" layihəsinin rəhbəri Tamara Fortes Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində bildirib.
O qeyd edib ki, layihə 2023-cü ildən Ukraynada həyata keçirilir:
"Burada əsas məqsəd mənzil siyasətinin yenilənməsi, şəhər planlaşdırılması və dayanıqlı inkişaf strategiyalarının hazırlanmasıdır. Layihə çərçivəsində Xarkov və Nikolayev şəhərlərində iqtisadi-demoqrafik təhlillər aparılır, baş planlar tərtib olunur və ayrı-ayrı şəhər əraziləri üzrə pilot layihələr icra olunur".