Bosniya və Herseqovina Nazirlər Şurasının sədr müavini İçərişəhəri ziyarət edib - FOTO
127
12:26, Bu gün

Bosniya və Herseqovina Nazirlər Şurasının sədr müavini İçərişəhəri ziyarət edib - FOTO

Bosniya və Herseqovina Nazirlər Şurasının sədr müavini, xarici ticarət və iqtisadi əlaqələr naziri Staşa Koşaraç İçərişəhəri ziyarət edib.
 
Bu barədə Moderator.az-a "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.
 
Bildirilib ki, Bosniya və Herseqovina nümayəndə heyəti Qız Qalası, Sıratağlı dini-memarlıq kompleksi, Buxara karvansarası və digər tarixi məkanlarla tanış olub, qonaqlara İçərişəhərin əsrlər boyu formalaşmış şəhər mühiti, tarixi memarlıq nümunələrinin qorunması istiqamətində görülən işlər və ərazidə həyata keçirilən yenilənmə layihələri barədə məlumat təqdim edilib.
 
Qeyd olunub ki, İçərişəhər bu gün yalnız tarixi məkan deyil, eyni zamanda, ənənə ilə müasir şəhər həyatının ahəng içində birləşdiyi canlı urban mərkəz kimi fəaliyyət göstərir.
 
Xatırladaq ki, Bosniya və Herseqovinanın Nazirlər Şurasının sədr müavini, xarici ticarət və iqtisadi əlaqələr naziri Staşa Koşaraç Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etmək üçün Azərbaycana səfərə gəlib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər