Pekində səfərdə olan Putinə ŞOK- ruslar Çinə birləşmək istəklərini ifadə etdilər...-FOTO+VİDEO
Ekskluziv
230
07:47, Bu gün

Pekində səfərdə olan Putinə ŞOK- ruslar Çinə birləşmək istəklərini ifadə etdilər...-FOTO+VİDEO

İşğalçı Rusiya diktatorunun Pekində səfərdə olduğu bir vaxtda Rusiyanın İrkutsk şəhərində gözlənilməz olay baş verib. Belə ki, şəhərin bir rayonunun sakinləri öz diktator rəhbərlərinə ərizə yazaraq, onların problemlərini həll edə biləcəyi təqdirdə Çinlə birləşməyə etiraz etmədiklərini bildiriblər. 
 
Moderator.az "Korrespondent" nəşrinə istinadla xəbər verir ki, bu barədə Rusiyanın müstəqil "ASTRA" kanalı məlumat verib.
Şəhər və region rəsmilərinə, hətta Putinə çoxsaylı müraciətlərə baxmayaraq, məktəblər və uşaq bağçaları yarımçıq qalıb və tikinti işləri dondurulub.
 
Beş illik müraciət və çağırışlar heç bir nəticə verməyib, ona görə də ruslar qonşu ölkəyə müraciət etməyə hazırdırlar.
 
Fəallar bildiriblər ki, "Əgər Rusiya rayonumuzda məktəb tikə bilmirsə, Rusiya xarici işlər naziri Lavrovdan Çin Kommunist Partiyasının lideri Si Cinpinə məktəbimizin tikintisini maliyyələşdirmək təklifi ilə müraciət etməsini xahiş edirik".
 
Onlar iddia edirlər ki, belə bir tələb "etno-mədəni müxtəliflik və Çinlə mədəni əlaqələrin fəal inkişafı çərçivəsində" uyğundur.
 
Şəhər sakinləri hətta Pekin uşaq bağçaları və məktəblərin tikintisini maliyyələşdirərsə, Çin dilini öyrənməyə də hazırdırlar.
 
Ruslar iddia edirlər ki, "Çin dilini öyrənməyə başlamağa hazırıq, çünki inanırıq ki, bu, həqiqətən də lazımdır və ölkəmizin prioritetlərinin Moskvada yeni metro stansiyalarının və Tacikistanda yeni məktəblərin tikintisi ətrafında olduğunu nəzərə alsaq, Çinlə mədəni əlaqələrin fəal şəkildə inkişaf etdirilməsi inkişafa aparan yeganə yolumuzdur".

S.Laçın

 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər