Mələkxanım Eyubova tənqidlərə cavab verdi: “Heç vaxt ailəmlə…” - VİDEO
167
15:55, Bu gün

Mələkxanım Eyubova tənqidlərə cavab verdi: “Heç vaxt ailəmlə…” - VİDEO

Xalq artisti Mələkxanım Eyubova tənqidlərə ilk dəfə cavab verib.
 
“Tv Musavat”a açıqlama verən müğənni sənət adamları barədə yazılan tənqidlərə toxunaraq, indiyədək şəxsi və ailə həyatı ilə gündəmə gəlməyə üstünlük vermədiyini qeyd edib. Onun sözlərinə görə, sənət fəaliyyəti illərdir əsas diqqət mərkəzində olub və şəxsi həyatı ilə bağlı mövzuların ictimailəşdirilməsinə ehtiyac görməyib.
 
Xalq artisti həmçinin sevindirici ailə xəbəri də bölüşüb. O, beşinci dəfə nənə olmağın sevincini yaşadığını bildirib və bu hadisənin onun üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
 
Mələkxanım Eyubova sosial şəbəkələrdə yazılan şərhlərə də münasibət göstərərək, müxtəlif fikirlərin normal qarşılandığını, lakin bəzən əsassız və həddindən artıq tənqidlərin narahatlıq doğurduğunu deyib. O, sənət adamlarının ictimaiyyət qarşısında olmasının təbii olduğunu, lakin şəxsi həyata hörmət edilməsinin vacibliyini də diqqətə çatdırıb.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər