“ “BRİKS” indiki durumda belə, Qərblə qarşı-qarşıya gəlmək gücündə deyil...”
Ekskluziv
226
16:36, Bu gün

“ “BRİKS” indiki durumda belə, Qərblə qarşı-qarşıya gəlmək gücündə deyil...”

“ “BRİKS” indiki durumda belə, Qərblə qarşı-qarşıya gəlmək gücündə deyil...”
 
“Hazırda bu qurumun tədbir keçirdiyi Hindistan özgə vaxt Amerikanın qarşısında quyruq bulayır...”
 
“Onu da deyim ki, ABŞ-ın belə zəif durumda olması müvəqqətidir. Çünki iki ilə, bəlkə də tez, yəni bu ilin payızındakı aralıq seçkilərdən sonra, çox güman ki, Birləşmiş Ştatlara Tramp kimi sərsəm biri yox, daha uyğun, adekvat, cavan bir lider seçiləcək...”  
 
“Zənn etmirəm ki, “BRİKS” adlanan bu təşkilat Qərbə - ABŞ-a, Avropaya alternativ bir güc kimi formalaşa bilsin. Hazırda bu qurumun tədbir keçirdiyi Hindistan özgə vaxt Amerikanın qarşısında quyruq bulayır. Yəni Rusiya, yaxud İranla bağlı ABŞ-ın hansısa sanksiyasına-filanına qarşı getmək istəyəndə Ağ Evdən bir xəbərdarlıq gələn kimi dərhal onun tələb və istəklərini yerinə yetirir. Hətta “BRİKS” ölkələrinin potensialı Birləşmiş Ştatlara qarşı çevrilsə,  Vaşinqton yenə də Avropaya, Britaniyaya müraciət edəcək. Avropa isə bütünlükdə götürdükdə Amerikadan daha nəhəng bir gücdür və getdikcə gücü daha da böyüyür. Ona görə də “BRİKS”, hətta orada Çin kimi bir böyük dövlət meydan sulasa da, Qərblə qarşı-qarşıya gəlmək gücündə deyil”.
 
Politoloq Qabil Hüseynli bu fikirləri Moderator.az-a açıqlamasında Trampın Çin səfəri ilə təxminən eyni vaxtda Hindistan paytaxtında keçirilmiş Çin, Hindistan və Rusiyanın aparıcı rol oynadığı “BRİKS” ölkələrinin xarici işlər nazirlərinin görüşü ilə bağlı sualları cavablandırarkən dilə gətirib.
 
“Onu da deyim ki, ABŞ-ın belə zəif durumda olması müvəqqətidir. Çünki iki ilə, bəlkə də tez, yəni bu ilin payızındakı aralıq seçkilərdən sonra, çox güman ki, Birləşmiş Ştatlara Tramp kimi sərsəm biri yox, daha uyğun, adekvat, cavan bir lider seçiləcək.  Və nəticədə yenidən ABŞ, Kanada, Avropa  və s. timsalında tam, bütöv və ciddi mövqeli kollektiv Qərb sistemi formalaşacaq və onlar Çini də, Hindistanı da, Rusiyanı da, bütövlükdə “BRİKS”-i də küncə sıxa biləcəklər”, - davamında politoloq bildirib.
 
“Bu gün sərsəm, avtoritar düşüncəli bir sıra ölkə liderləri dünyanı daha böyük savaşlara sürükləmək və qana çalxamaq istəyirlər. Ancaq bütövlükdə, indiki durumda belə, hələki Qərbə bata biləcək, onu küncə sıxışdıra biləcək bir güc yoxdur və bundan sonra da formalaşa bilməyəcək”, - deyə Qabil Hüseynli vurğulayıb.
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər