Sumqayıtda yol polisi “Təmiz hava” aylığı ilə bağlı tədbir keçirdi - FOTO/VİDEO
208
12:29, Bu gün

Sumqayıtda yol polisi “Təmiz hava” aylığı ilə bağlı tədbir keçirdi - FOTO/VİDEO

Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində “Təmiz hava aylığı” çərçivəsində maarifləndirici tədbir keçirib.
 
Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
 
Tədbir zamanı nəqliyyat vasitələrinin texniki vəziyyəti yoxlanılıb, atmosferə normadan artıq zərərli maddələrin atılmasına səbəb olan nasazlıqların aradan qaldırılmasının vacibliyi diqqətə çatdırılıb. Sürücülərlə profilaktik söhbətlər aparılıb, nəqliyyat vasitələrinin saz vəziyyətdə saxlanılmasının ətraf mühitin qorunması və insan sağlamlığı baxımından əhəmiyyəti izah olunub. Tədbirlər çərçivəsində əsas diqqət yol hərəkəti iştirakçıları arasında məsuliyyətli davranışın formalaşdırılmasına, nəqliyyat vasitələrinin texniki sazlığının təmin olunmasına və ətraf mühitin mühafizəsinə yönəldilib.
 
Xatırladaq ki, “Təmiz hava aylığı” ilə bağlı yol polisləri tərəfindən tədbirlər davam etdirilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər