Lökbatanda iri anbar yanır: Kəmaləddin Heydərov hadisə yerində - YENİLƏNİB - FOTO/VİDEO
448
09:12, Bu gün

Lökbatanda iri anbar yanır: Kəmaləddin Heydərov hadisə yerində - YENİLƏNİB - FOTO/VİDEO

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
 
Bu barədə Moderator.az-a FHN Mətbuat xidmətindən məlumat verilib.
 
Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilməklə, anbardakı malların çıxarılaraq təhlükəsiz əraziyə daşınması işləri həyata keçirilir.
 
Əlavə məlumat veriləcək.
 
08:33
 
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
 
Moderator.az xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hazırda hadisə yerindədir.
 
Əlavə məlumat veriləcək.

07:59

 
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
 
Moderator.az xəbər verir ki, Yanğınsöndürmə əməliyyatlarına Fövqəladə Hallar Nazirliyinin (FHN) aviasiya dəstəsinin helikopteri cəlb olunub.
 
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
 
Baku TV hadisə yerindən canlı yayıma çıxıb:

 

***
 
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
 
Moderator.az xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə FHN-in kifayət qədər texnikası və canlı qüvvəsi cəlb edilib.

***

 
Paytaxtın Qaradağ rayonunda yerləşən anbarların birində baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.
 
Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib.
 
Qeyd olunub ki, hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.
 
***
 
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
 
Moderator.az xəbər verir ki, məlumatla əlaqədar əraziyə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
 
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
 
Əlavə məlumat veriləcək.
 
İlkin məlumata görə, güclü yanğın logistika mərkəzilərindən birinə məxsus anbarda baş verib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər