Gəzinti hər xəstəlik üçün faydalı deyilmiş - Yeni tədqiqat
Sağlamlıq
178
08:25, Bu gün

Gəzinti hər xəstəlik üçün faydalı deyilmiş - Yeni tədqiqat

ABŞ alimlərinin apardığı araşdırmaya görə, gəzinti oturaq həyat tərzinin yaratdığı zərərləri azaltsa da, hər kəs üçün eyni dərəcədə faydalı olmaya bilər.
 
Tədqiqatın nəticələri "Nature Communications" jurnalında dərc olunub.
 
Alimlərin fikrincə, bu üsul işemik ürək xəstəliyi və ürək çatışmazlığından əziyyət çəkən insanlar üçün kifayət etmir.
 
Araşdırmada qeyd olunub ki, gəzinti uzun müddət oturmağın mənfi təsirlərini hər zaman kompensasiya edə bilmir.
 
Təhlil göstərib ki, oturaq həyat tərzi eyni anda bir neçə xəstəliyin yaranma riskini artırır. Bunlara piylənmə, ikinci tip diabet, hipertoniya və yuxu apnesi daxildir.
 
Mütəxəssislərin sözlərinə görə, əlavə fiziki aktivlik bu riskləri müəyyən qədər azalda bilər.
 
Tədqiqatçıların məlumatına əsasən, gəzinti hipertoniya və qaraciyərin piylənməsi zamanı oturaq həyat tərzinin zərərlərini kompensasiya etməyə kömək edir. Lakin bəzi digər hallarda fiziki aktivlik nəzərəçarpacaq nəticə verməyə bilər. /oxu.az/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər