196
13:03, Bu gün

"Hamı yazır ki, niyə susursan?" - Ərinin videosundan danışdı

Aparıcı İlkin Həsəni bir müddət əvvəl verilişində tanınmış xanımlara zəng edərək “Sevgiyə ehtiyacım var” sözlərini səsləndirməsi ilə sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
 
Moderator.az xəbər verir ki, bu görüntülərdən sonra aparıcının həyat yoldaşı, bloger Aysel Həsəni məsələ ilə bağlı münasibət bildirib. O, sosial media hesabına videonun çox sayda göndərildiyini deyərək bunları qeyd edib:
 
“İnstaqramım İlkinin xanımlara zəng etmə videosu ilə doludur. Hamı mənə bunu göndərir ki, niyə susursunuz? Oradakıların hamısı bizim üçün doğma olan xanımlardır. Bizim üçün bu, problem deyil”.
 
Qeyd edək ki, Aysel və İlkin Həsəni cütlüyünün 2 övladı var. Video sosial şəbəkələrdə geniş maraq doğurub və izləyicilər arasında müxtəlif reaksiyalara səbəb olub.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər