ABŞ və İran Hörmüz boğazı ilə bağlı ilkin razılığa gəlib
Dünya
266
14:44, Bu gün

ABŞ və İran Hörmüz boğazı ilə bağlı ilkin razılığa gəlib

ABŞ və İran arasında əldə olunan yeni razılaşmaya əsasən, Hörmüz boğazında gəmilərin hərəkətinin mərhələli şəkildə bərpa edilməsi qarşılığında İrana tətbiq olunan dəniz blokadası yüngülləşdiriləcək.
 
Moderator.az xəbər verir ki, bu barədə Pakistan mənbələrinə istinad edən "Əl-Ərəbiyyə" telekanalı məlumat yayıb.
 
Məlumatda bildirilir ki, boğazın gəmiçiliyə mərhələli şəkildə açılması və blokadanın azaldılması istiqamətində artıq ortaq məxrəcə gəlinib. Vurğulanır ki, hazırda mövzu ətrafında aktiv danışıqlar aparılır və yaxın vaxtlarda boğazda qalmış gəmilərin hərəkəti ilə bağlı vəziyyətin müsbət məcrada dəyişməsi proqnozlaşdırılır.
 
Eyni zamanda qeyd edilir ki, Amerika və İran nümayəndələri arasında birbaşa təmasların qurulmasına dair hələ ki, heç bir qərar yoxdur və tərəflər yalnız vasitəçilər vasitəsilə əlaqə saxlayırlar. ABŞ Prezidenti Donald Tramp isə rəsmi Tehranın gərginliyin azaldılmasına dair təklifə qısa müddətdə reaksiya verməsində maraqlıdır.
 
Mənbə onu da əlavə edib ki, danışıqlar prosesi normal, axarında gedir və İran öz qərarını bu gündən başlayaraq Pakistan rəsmilərinə təqdim edə bilər. /oxu.az/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər