Xudavəng monastrı ilə bağlı videoçarx hazırlanıb - VİDEO
145
15:33, Bu gün

Xudavəng monastrı ilə bağlı videoçarx hazırlanıb - VİDEO

Dünya əhəmiyyətli tarixi abidə – Xudavəng monastrı ilə bağlı videoçarx hazırlanıb.
 
Bu barədə Moderator.az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib.
 
Qeyd edilib ki, videoçarx Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə hazırlanıb.
 
Bildirilib ki, Azərbaycan ərazisindəki alban məbədlərinin mirvarisi adlandırılan VI-XIII-XVIII əsrlərdə inşa elmiş Xudavəng monastrı tarixi abidədir. Kəlbəcər rayonunda yerləşən monastrın tarixi və memarlıq xüsusiyyətləri, bölgənin mədəni irsindəki əhəmiyyəti videoçarxda ətraflı şəkildə işıqlandırılır. Layihənin məqsədi – bölgənin çoxəsrlik tarixi və maddi-mənəvi irsinin təbliğ etməkdir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər