Vahid indekslər siyahısı DƏYİŞDİ - Baş nazirdən yeni qərar
Cəmiyyət
213
16:01, Bu gün

Vahid indekslər siyahısı DƏYİŞDİ - Baş nazirdən yeni qərar

Azərbaycan Respublikasının Nazirlər Kabineti dövlət qurumları və dövlətə məxsus hüquqi şəxslər üçün müəyyən edilmiş vahid indekslərin siyahısında dəyişiklik edib.
 
Moderator.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
 
Qərara əsasən, Nazirlər Kabinetinin 2022-ci il 15 sentyabr tarixli 350 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının 13-cü hissəsinin adı yeni redaksiyada təqdim olunub.
 
Belə ki, həmin hissə “Səhmdar cəmiyyətləri, məhdud məsuliyyətli cəmiyyətlər və istehsalat birlikləri” kimi müəyyən edilib.
 
Eyni zamanda siyahıya yeni qurumlar əlavə olunub. Bunlar “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti, “Azəralüminium” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Azərpambıq Aqrar Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər