Aygün Kazımova və rus modelin çox danışılacaq görüntüləri - VİDEO
283
13:42, Bu gün

Aygün Kazımova və rus modelin çox danışılacaq görüntüləri - VİDEO

Hər layihəsi ilə şou-biznes gündəmini silkələməyi bacaran Xalq artisti Aygün Kazımova növbəti işini sevənlərinin ixtiyarına verib.
 
Moderator.az xəbər verir ki, pop kraliça bu dəfə "Onun adı nə idi?" adlı yeni mahnısını təqdim edib.
 
Bəstənin söz və musiqisi Miroya məxsusdur.
 
Ölkənin əsas ulduzu bu işində də ənənəsinə sadiq qalaraq iddialı və yaddaqalan ekran işi ilə diqqət çəkib. Bu dəfə Kazımova Rusiyanın ən məşhur modellərindən biri olan Denis Perişkonu klipində tərəf müqabili kimi seçib. Kazımovanın dəvəti ilə model Bakıya gəlib.
 
Klipin rejissorluğu Delee Orucluya həvalə olunub.
 
Sevgi və ayrılıqdan bəhs edən ekran işində ulduz 5 fərqli və füsunkar obrazda kamera qarşısına keçib. 
 
Qeyd edək ki, klip artıq Aygün Kazımovanın rəsmi "YouTube" kanalında və dijital platformalarda yayımlanıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər