18:12
22°C
Bakı
Xəbər verdiyimiz kimi, "Taxt oyunları" serialının ulduzu Sofi Törner və müğənni həyat yoldaşı Co Conas boşanır.
Cütlüyə yaxın mənbələrdən biri onların uşaqları dünyaya gələndən sonra aktrisanın depressiyaya düşməsi olub:
"Bu müddət ərzində Co demək olar ki, aktrisaya dəstək olmadı. Sofi evdən çıxmaq, tədbirlərdə iştirak etmək və ya şəkil çəkdirmək istəmirdi. Conas sevgilisinin çölə çıxmasını israr edirdi. Onunla bir neçə tədbirə gedəndə narahatlığı dərhal hiss olunurdu. Müğənni onun bu halından narazılıq edirdi".
Qeyd edək ki, Sofi və Co 2019-cu ildə evlənib. Onların iki qız övladı var.