Paşinyan
Siyasət
170
16:30, Bu gün

Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqlayıb

ABŞ dövlət katibi və Ermənistanın xarici işlər naziri TRIPP layihəsinin ("Tramp marşrutu") həyata keçirilməsi üzrə saziş imzalayıb və Ağ Ev rəhbəri Cənubi Qafqazı Şərqdən Qərbə enerji daşıyıcılarının tranziti üçün mühüm marşrut kimi nəzərdən keçirir.

Moderator.az Ermənistan mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan seçkiqabağı kampaniya çərçivəsində çıxışı zamanı deyib.

O əlavə edib ki, Şirak, Lori və Tavuşdan da əhəmiyyətli yollar keçir: "Bu o deməkdir ki, biz yaxın zamanlarda dəmir yolunu yalnız cənub istiqamətində deyil, həm də şimal istiqamətində açacağıq. İki marşrutu (İcevan-Razdan və Vanadzor-Gümrü) birləşdirəcəyik və ən qısa dəmir yolu istiqamətini əldə edəcəyik. Digər tərəfdən beynəlxalq investorlar bizə Şirak, Lori və Tavuşdan keçən yeni pullu yol tikməyi təklif edirlər".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər