Yeddi komanda mövsüm ərzində 100 milyon avrodan çox pul qazanıb
İdman
151
17:22, Bu gün

Yeddi komanda mövsüm ərzində 100 milyon avrodan çox pul qazanıb

PSJ avrokuboklardakı çıxışına görə əldə etdiyi pul mükafatlarının həcminə əsasən 2025/2026 mövsümünün lideri olub.
 
Oxu.Az "Football Meets Data"ya istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasının finalındakı qələbə və UEFA Superkubokuna vəsiqə qazanması sayəsində PSJ cəmi bir gün ərzində əlavə 10.5 milyon avro gəlir əldə edib.
 
Fransa təmsilçisi mövsümü 145.9 milyon avro məbləğində mükafatla başa vurub. UEFA Superkubokundan əldə olunacaq gəlir də nəzərə alındıqda bu rəqəm 149.9 milyon avroya çatır.
 
"Arsenal" isə 143.2 milyon avro qazanaraq siyahıda ikinci yeri tutub.
 
2025/2026 mövsümünün yekunlarına əsasən, yeddi klub bir mövsümdə 100 milyon avrodan çox pul mükafatı əldə edib. PSJ (145.9 milyon avro) və "Arsenal"dan (143.2 milyon avro) başqa, bu siyahıya "Bavariya" (127.3 milyon avro), "Liverpul" (109.5 milyon avro), "Atletiko Madrid" (104.2 milyon avro), "Real Madrid" (102.6 milyon avro) və "Barselona" (100.3 milyon avro) daxil olub.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər