Ukraynalı prorektor:
Siyasət
160
17:25, Bu gün

Ukraynalı prorektor: "Xarkovda tikinti işləri daha yaxşı aparılmalıdır"

Xarkovda bundan qabaqkı dövrlərlə müqayisədə tikinti işləri daha yaxşı aparılmalıdır ki, sakinlərin şəhərə qayıtması təmin edilsin.

Moderator.az xəbər verir ki, bunu Xarkov şəhərindəki Milli Şəhər Təsərrüfatı Universitetinin prorektoru Qlib Vatuliya Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Xarkovda evlerin yenidən qurulması və Gələcək Şəhər" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, BMT-nin Avropa İqtisadi Komissiyasından alınan qrant dəstəyi və imzalanmış saziş sayəsində Xarkov şəhərində Şimali Saltovka mikrorayonunun bərpası üçün layihə sənədlərini hazırlanır: "Texniki tapşırıq çərçivəsində biz yaşayış binalarının və uşaq bağçasının, o cümlədən onların altında sığınacaqların tikilməsi, ərazinin abadlaşdırılması və bu layihənin gələcəkdə Şimali Saltovkanın qonşu mikrorayonlarına genişləndirilməsi imkanı ilə bağlı layihəni reallaşdırırıq. Vahid yeraltı məkanla birləşdirilmiş 5 ədəd yeddimərtəbəli yaşayış binası və altında tamhüquqlu sığınacaq olan uşaq bağçasının tikilməsi planlaşdırılır. Həmçinin yaşayış binalarının texniki-iqtisadi göstəricilərinə gəldikdə, burada çoxfunksiyalı təyinatlı birləşdirilmiş ərazi, o cümlədən ərazinin abadlaşdırılması nəzərdə tutulur".

"Biz əvvəlkindən daha yaxşısını tikməliyik. Yalnız bu yolla biz sakinlərimizin Xarkov şəhərinə qayıtmasını təmin edə bilərik ki, bu da işimizin əsas aspektidir. Hazırda biz mühəndis-axtarış işləri aparırıq, çünki bu mikrorayon mürəkkəb mühəndis-geoloji şəraitdə yerləşir. Buna görə də, konsepsiya layihəsinin hazırlanması və ya onun icrası, eskiz layihəsi üçün bizdə iki mərhələli layihələndirmə (eskiz layihələri, işçi sənədlər) mövcuddur", - deyə prorektor əlavə edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər