Qazaxıstan Baş naziri Oljas Bektenov WUF13-ün yüksək səviyyədə təşkilatçılığına görə Azərbaycana təşəkkür edib.
Moderator.az xəbər verir ki, o bu fikirləri Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən Liderlər Sammitində deyib.
O.Bektenov bildirib ki, müasir və mükəmməl memarlığa malik Bakıda belə bir tədbirin keçirilməsi təsadüfi deyil.
Nazir Qazaxıstan təcrübəsindən də danışıb:
"Biz Qazaxıstanda insanyönümlü şəhər sistemi təşkil edirik. Yeni Tikinti Məcəlləsi qəbul etmişik. Dayanıqlı şəhər inkişafı çağırışlara cavab verməlidir. Müasir şəhərsalma böyük investisiya tələb edir. Bundan başqa, 2026-cı ili "Rəqəmsallaşma və Süni Zəka İli" elan etmişik. Həmçinin süni intellektlə bağlı qanun da qəbul olunub. Qazaxıstan süni zəka ilə bağlı təcrübəsini tərəfdaşları ilə bölüşmək əzmindədir".