Milli Məclis və Özbəkistan Ali Məclisi Senatının sədrləri parlamentlərarası əlaqələri müzakirə edib
Siyasət
66
20:07, Bu gün

Milli Məclis və Özbəkistan Ali Məclisi Senatının sədrləri parlamentlərarası əlaqələri müzakirə edib

Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistanın Buxara şəhərinə işgüzar səfəri çərçivəsində bu ölkənin Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb.

Bu barədə Moderator.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Görüşdə dost və qardaş ölkələrimiz arasında münasibətlərin mövcud inkişaf səviyyəsindən məmnunluq ifadə edilib, əlaqələrin dərinləşməsində iki ölkənin dövlət başçılarının rolu xüsusi vurğulanıb.

Söhbət zamanı ölkələrimiz və xalqlarımız arasındakı yüksək səviyyəli əlaqələrin parlament müstəvisində də uğurla davam etdirildiyi qeyd olunub. Parlamentlərimizin həm ikitərəfli formatda, həm də beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlığı yüksək qiymətləndirilib. Qanunvericilik orqanlarının rəhbərləri və deputatlar səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlər, eləcə də mütəmadi görüşlər bu sahədə münasibətlərin daha da möhkəmlənməsinə mühüm töhfə verdiyi vurğulanıb.
Görüşdə həmçinin, İkinci Asiya Qadınlar Forumunun dost və qardaş ölkə Özbəkistanda yüksək səviyyədə təşkil olunduğu qeyd edilərək, bu tədbirin qadınların siyasi, iqtisadi, ictimai həyatda daha fəal iştirakının təşviqinə yönəlmiş təşəbbüslərin daha geniş platformada həyata keçirilməsinə töhfə verəcəyinə inam ifadə olunub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər