Britaniyanın səhiyyə naziri Starmerə inamsızlıq səbəbindən istefa verdi
Dünya
113
20:00, Bu gün

Britaniyanın səhiyyə naziri Starmerə inamsızlıq səbəbindən istefa verdi

Böyük Britaniyanın səhiyyə naziri Ues Stritinq Baş nazir Kir Starmerə inamını itirməsi səbəbindən istefa verdiyini bəyan edib.

Moderator.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Sizin liderliyinizə inamımı itirərək belə nəticəyə gəldim. Başqa cür hərəkət etmək vicdansızlıq və prinsiplərə zidd olardı", - deyə nazir Starmerə ünvanladığı məktubda qeyd edib.

Stritinq əminliyini ifadə edib ki, Starmer rəhbəri olduğu Leyboristlər Partiyasını növbəti seçkiyə aparmayacaq.

Britaniyanın siyasi analitiklərinin fikrincə, 43 yaşlı siyasətçi partiya lideri postunda Starmerin ən güclü rəqiblərindən biridir. İstefa qərarının onun üçün leyboristlərə rəhbərlik etmək imkanını açacağı düşünülür.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər