Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirilib
Siyasət
141
19:40, Bu gün

Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirilib

Ukraynalı uşaqlardan ibarət daha bir qrup Bakıya gəlib.

Moderator.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev "X" hesabında paylaşım edib.

Qeyd edilib ki, 18 ukraynalı uşaq Azərbaycanda peşəkar tibbi-psixoloji dəstək və reabilitasiya proqramından keçəcək.

Bildirilib ki, 2022-ci ildən bu günədək ümumilikdə 594 ukraynalı uşaq Azərbaycanda istirahət və bərpa imkanından yararlanıb.

Səfir göstərilən həmrəylik və dəstəyə görə Azərbaycana təşəkkür edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər