Siyasət
263
27 Apr 2026 | 22:10

"Haber Global": "Qəbələ daha bir önəmli görüşə ev sahibliyi etdi" - VİDEO

"Azərbaycanın Qəbələ şəhəri daha bir önəmli görüşə ev sahibliyi edib".

Moderator.az xəbər verir ki, bu barədə "Haber Global" telekanalının Azərbaycan Prezidenti İlham Əliyevin Qəbələdə Çexiyanın Baş naziri Andrey Babiş ilə keçirdiyi görüşə dair hazırladığı süjetdə deyilir.

Süjetdə qeyd edilir ki, Andrey Babişin sözlərinə görə, Azərbaycan uğurları ilə dünyanın diqqətini cəlb edib. İlham Əliyev isə görüş zamanı xüsusən enerji sahəsində əməkdaşlığın önəminə diqqət çəkib.

Bildirilir ki, görüşdə ikitərəfli əlaqələr və bir çox sahədə əməkdaşlığı genişləndirmək imkanları nəzərdən keçirilib.

 

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər