Melaniya Tramp əsəbiləşdi: Aparıcı onun haqqında zarafata görə cəzalana bilər
Dünya
153
27 Apr 2026 | 23:27

Melaniya Tramp əsəbiləşdi: Aparıcı onun haqqında zarafata görə cəzalana bilər

ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp ABC telekanalına müraciət edərək aparıcı Cimmi Kimmelə qarşı tədbir görülməsini tələb edib.

Moderator.az aif.ru-ya istinadən xəbər verir ki, Vaşinqtonda Ağ Evin Müxbirləri Assosiasiyasının şam yeməyində baş verən atışmadan bir neçə gün əvvəl Kimmel birinci xanım barədə yersiz zarafat edib.

Belə ki, aparıcı parodiya nömrəsi zamanı M.Trampa müraciətlə belə deyib: "Aramızda birinci xanımımız var... Missis Tramp, siz sadəcə parlayırsınız - sanki miras gözləyən bir dul qadın kimi".

Buna cavab olaraq Melaniya Tramp "Truth Social" sosial şəbəkəsində yazıb ki, telekanal aparıcıya qarşı tədbir görməlidir.

"ABC-nin qəti mövqe tutmasının vaxtı çatıb. Telekanal rəhbərliyi Kimmelin icmamızın zərərinə olan rüsvayçı davranışlarına daha nə qədər göz yumacaq?", - deyə birinci xanım bildirib.

O, həmçinin vurğulayıb ki, Kimmelin çıxışları ABŞ cəmiyyətində parçalanmaya xidmət edir: "Onun mənim ailəm haqqındakı monoloqu komediya deyil. Bu sözlər Amerikadakı siyasi xəstəliyin dərinləşməsinə səbəb olur".

Melaniya Trampın fikrincə, belə çıxışlara imkan verilməsi cəmiyyətdə nifrətin artmasına gətirib çıxarır və buna son qoyulmalıdır.

Xatırladaq ki, ötən ilin sentyabrında ABC telekanalı Kimmeli Trampın mühafizəkar aktivist Çarli Kirkin ölümü ilə bağlı reaksiyası barədə etdiyi zarafatdan sonra müvəqqəti olaraq efirdən uzaqlaşdırmışdı. Lakin daha sonra "Disney" şirkəti onun proqramını bərpa edib. Noyabr ayında Donald Tramp yenidən Kimmelin efirdən uzaqlaşdırılmasına çağırmışdı.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər