Avropa çempionu Ali Tsokayev:
İdman
149
27 Apr 2026 | 23:20

Avropa çempionu Ali Tsokayev: "Nəticə istədiyim kimi oldu"

Sərbəst güləş üzrə Avropa çempionu Ali Tsokayev (92 kq) yarışla bağlı təəssüratlarını bölüşüb.

Moderator.az bu barədə Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir.

"Bu, böyüklərin Avropa çempionatında debütüm idi. Keçən ay U23 Avropa çempionatında qalib olmuşdum. Üstümdə əməyi olan məşqçi heyətinə, məni dəstəkləyənlərə öz minnətdarlığımı bildirirəm. Final görüşü istədiyim kimi başlamadı. Görüş bir az gərgin keçdi və bir qədər təzyiq var idi. Amma şükür, nəticə istədiyim kimi oldu. Gələn il inşallah 97 kq-da çıxış etməyi planlaşdırıram", - deyə o vurğulayıb.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər