Dünya
335
27 Apr 2026 | 22:50

"Silikon Vadisi"ndə savaş: Maskın perspektivləri niyə qaranlıq görünür?" - "The Washington Post"

"Texnoloji elita açıq qarşıdurmaya girib..."

"Tesla" və "SpaceX" şirkətlərinin rəhbəri, süni intellelt sahəsində "xAI" layihəsinin qurucusu İlon Mask ilə "OpenAI" süni intellekt şirkətinin baş direktoru Sem Altman arasında "OpenAI" uğrunda gedən məhkəmə prosesi faktiki olaraq Silikon Vadisində güc savaşına çevrilib. 

Moderator.az xəbər verir ki, bu barədə "The Washington Post" nəşri yazıb.

Mask və Altman üz-üzə

Mask iddia edir ki, şirkət yaradılarkən elan olunan "açıq və qeyri-kommersiya" missiyasından uzaqlaşıb və rəhbərlik şəxsi qazanc naminə bu prinsipləri dəyişib. Onun tələbləri kifayət qədər sərtdir: Altman və digər həmtəsisçilərin vəzifədən uzaqlaşdırılması, "OpenAI"-nin yenidən qeyri-kommersiya modelinə qaytarılması. Qarşı tərəf isə bunu Maskın öz süni intellekt layihəsi "xAI" üçün rəqibi sıradan çıxarmaq cəhdi kimi qiymətləndirir.

Pərdəarxası qalmaqallar

Məhkəmə sənədləri Silikon Vadisinin qapalı dünyasına nadir baxış imkanı yaradıb. Burada yüksək vəzifəli şəxslərin şəxsi yazışmaları, gündəlik qeydləri və daxili mesajları üzə çıxıb. Materiallarda Mark Zukerberqin Maska qeyri-rəsmi dəstək təklifi, həmçinin Maskın Ceff Bezos barədə sərt və təhqiramiz ifadələri yer alır.

Eyni zamanda 2017-ci ildə "Burning Man" festivalında Maskın iştirakı da araşdırılır. Bu dövr "OpenAI"-nin gələcək statusu ilə bağlı mühüm danışıqların aparıldığı mərhələ kimi göstərilir. Bəzi sənədlərdə onun şəxsi davranışları və qərarvermə prosesinə təsir edən mühit də mübahisə mövzusudur.

Daxili şübhələr və strateji oyunlar

İş materiallarında ən çox diqqət çəkən məqamlardan biri Şivon Zilis məsələsidir. İddialara görə, o, "OpenAI" rəhbərliyində olduğu dövrdə Maskla əlaqəsini saxlayaraq daxili məlumatların ötürülməsində rol oynayıb. Bu, şirkət daxilində ciddi etimad böhranı yaradıb.

Digər tərəfdən, Sem Altmanın bir vaxtlar Maskı açıq şəkildə tərifləməsi, hətta onu "qəhrəman" adlandırması da sənədlərdə yer alır. Eyni zamanda "Microsoft" ilə əməkdaşlıq qərarı və Bezosla bağlı münasibətlər də mübahisənin strateji tərəfini göstərir. Ekspertlər bu prosesi sadəcə hüquqi mübahisə yox, süni intellekt sənayesinin gələcək nəzarəti uğrunda böyük güc savaşı kimi qiymətləndirirlər.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər