"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
Siyasət
Oxunub: 1882
29 Mar 2024 | 11:45
"Ermənilər zaman-zaman havadarlarının dəstəyinə arxalanaraq azərbaycanlılara və türklərə qarşı soyqırımı, deportasiya siyasəti həyata keçiriblər. Amma erməni diasporu və lobbisinin fitnə-fəsadları sayəsində beynəlxalq aləmdə özləri barədə “yazıq, məzlum, əzilən və döyülən” millət imici formalaşdırmış, azərbaycanlıları isə “vəhşi millət” kimi təqdim etmişdilər. Təbii ki, saxta tarix yazıb yalanlarını dünyaya həqiqət kimi sırımağa çalışmaq, özlərinin vəhşiliklərini bu epitetlərlə ört-basdır etmək sonsuzluğa qədər davam edə bilməzdi. Çünki tarix heç nəyi silmir, faktlara əsaslanır. Elə götürək 1918-ci ilin mart qırğınını. Bu dəhşətli soyqırım aktının törədilməsindən 106 il keçsə də yeni araşdırmalar bu qətliam barədə daha dolğun məlumatlar ortaya qoyur. 1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, insanlar işgəncələrə məruz qalmış, onlara qəsdən fiziki qüsurlar yetirilmişdir. Bunlarla kifayətlənməyən daşnak-bolşevik qüvvələri yaşayış məntəqələrini, mədəniyyət abidələrini, məscid və qəbiristanlıqları yerlə-yeksan etmişlər. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirmiş, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirmişlər. 
 
Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır.  Fərmana əsasən, martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Bu sənədin imzalanması məsələ ilə bağlı aparılan tədqiqatlara, habelə həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Onu da qeyd edək ki, Şamaxıda baş vermiş hadisələrlə əlaqədar ilkin məlumat mənbələrinin böyük hissəsi Sovet dövründə bu ağır cinayəti ört-basdır etmək üçün məhv olunduğuna görə erməni cinayətlərinin tam mənzərəsi bu günə qədər əks etdirilməyib. Ekspertlərin rəyinə əsasən, Şamaxıda ermənilər tərəfindən 7 min nəfərin öldürüldüyü bildirilir. Bu faciənin tədqiqi məqsədilə 1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kənddən 86-nın erməni təcavüzünə məruz qaldığı təsdiqlənib. Quba qırğınları zamanı şəhərdə  öldürülənlərin təxmini sayının 2900-dək, Quba qəzası üzrə ümumilikdə isə 4000 nəfərdən artıq olduğu qeyd olunur. Bu soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılmış, 2750-dən çox ev tamamilə yandırılmışdır. Bütün bunlar tarixi faktlardır".
 
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
 
Vüqar Rəhimzadə erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident İlham Əliyev 2018-ci ildə “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır. Həmçinin 2018-ci il dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Xaq Cümhuriyyəti ili” elan edilmişdir.  
 
YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, ermənilər tarixi saxtalaşdırıb özlərinə qondarma tarix yazmaqla dünyanı yalanlarına inandırmağa az da olsa müvəffəq olsalar da 44 günlük İkinci Qarabağ müharibəsi həqiqət anı oldu. Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərində informasiya mübarizəsində qələbəsi əhəmiyyətli rol oynadı. Hər zaman ədalətin və beynəlxalq hüququn yanında olan Azərbaycan dünya güclərindən ikili standartlara əsaslanan siyasətlərinə son qoyub, baş verən hadisələrə obyektiv qiymət verməyə çağırış etdi. Lakin bəzi dünya güclərinin Ermənistana zaman-zaman dəstəkləri, ədalətə və beynəlxalq hüquqa öz maraqları baxımından yanaşmaları Ermənistanın daha böyük iddialarla yaşamasına gətirib çıxardı. Əgər zamanında Ermənistana beynəlxalq hüquqa sığmayan bu vəhşiliklərinə görə təzyiqlər göstərilsəydi 1988-ci ildə ermənilərin torpaq iddiaları yenidən baş qaldırmazdı. 
 
Vüqar Rəhimzadə qeyd edib ki, Qaradağlı, Xocalı, Ağdaban, Ballıqaya, Başlıbel və sair kimi faciələrimiz erməni vəhşiliklərinin heç bir sərhəd tanımadığını bir daha bütün dünyaya göstərdi. XX əsrin ən dəhşətli faciəsi olan Xocalı qətliamı Holokost, Xatın, Lidisa, Oradur, Sonqmi soyqırımları kimi insanlıq tarixinə düşmüş qanlı olaylarla bir sırada durur. Günahsız insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürüldülər, işgəncələrə məruz qaldılar. Bu gün böyük qürur hissi ilə işğaldan azad edilmiş torpaqlarımızda, o cümlədən Xankəndidə, Xocalıda Azərbaycan Bayrağının ucaldılmasından, Qarabağın və Şərqi Zəngəzurun cənnət məkana çevrilməsindən bəhs edirik. Dövlət başçısı İlham Əliyev bu ilin 26 fevral tarixində Xocalı şəhərində Xocalı soyqırımı memorial kompleksinin təməlini qoyduqdan sonra  rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirdi ki, bu diyarın, bu bölgənin artıq yeni, parlaq tarixi var, o da 20 sentyabr - Xocalının, Xankəndinin azad olunması günüdür. 26 fevral dəhşətli, faciəvi bir gün kimi heç vaxt bizim yaddaşımızdan silinməyəcək. Amma 20 sentyabr artıq bu bölgənin əsas azadlıq və bayram günüdür. Prezident İlham Əliyev həmin görüşündə bu məqamı da xüsusi qeyd etdi ki, “Xocalıya ədalət!” çağırışımız cavabsız qaldı.  18 ölkə  səylərimizin nəticəsi olaraq bu qanlı faciəni soyqırımı kimi tanısa da  bu ölkələrin arasında böyük dövlətlərin adları yoxdur. Beynəlxalq təşkilatlar, onların bir çoxu bu faciəyə biganə qalmışdır. 
 
Məhz belə yanaşmalar Qarabağ münaqişəsinin həlli prosesinin 30 il uzanmasına səbəb oldu. Azərbaycan dünya güclərindən ədalət gözləsə də sonda bu ədaləti özü bərpa etməli oldu. 27 il kağız üzərində qalan BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edən Azərbaycan bütün dünyaya sübut etdi ki, ədalət və beynəlxalq hüquq mövcuddur, sadəcə, onların tətbiqi üçün vahid mexanizm müəyyənləşdirilməlidir.
 
YAP Xətai rayon təşkilatının sədri informasiya mübarizəsinin bütün dövrlər üçün aktuallığını bir daha önə çəkərək bildirib ki, dövlətimiz həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılması üçün müasir texnologiyaların yaratdığı imkanlardan maksimum istifadə etməyə çalışır. Məqsəd çoxəsrlik tariximizin hər bir səhifəsinin təhlili və əsaslı şəkildə indiki və gələcək nəsillərə çatdırılmasıdır. Çünki tarixi bilmədən gələcəyə doğru inamlı addımlar atmaq mümkünsüzdür. Ümummilli Lider Heydər Əliyev vaxtilə belə bir çağırışı etmişdi: “Azərbaycanı təkcə müstəqil, zəngin təbii sərvətlərə malik dövlət kimi yox, zəngin tarixi, mədəniyyəti olan ölkə kimi tanıtmalıyıq.” Bəli, tariximiz bizim böyük sərvətimizdir. Tarixi Zəfərimizdən sonra Qərbi Azərbaycana qayıdış günümüzün əsas çağırışına çevrilib. Artıq Qərbi Azərbaycana Qayıdış Konsepsiyası uğurla icra edilir. Dövlət başçısı İlham Əliyev  iki il öncə əslən Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bildirdi ki,  Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir. Biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Çünki tarix var, sənədlər var, xəritələr var.
 
Vüqar Rəhimzadə belə bir ümumiləşdirmə aparıb ki, XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, əyilmədi, inamını itirmədi, güc topladı və nəticədə məqsədinə nail oldu. Bu gün qalib xalqımızın bir təsəllisi vardır ki, torpaqlarımız işğaldan azad edilib, şəhidlərimizin, soyqırımı qurbanlarının qisası alınıb. Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona dünya miqyasında hüquqi-siyasi qiymət verilməsinə nail olmaq nə qədər çətin olsa da, bu müqəddəs işi bu gün də, gələcəkdə də davam etdirməliyik.
 
Oxşar xəbərlər
11:29, Bu gün
Sarvan Cəfərov: "COP29-a ev sahibliyinin aqrar və ekoloji siyasətdə mühüm rolu olacaq"
11:27, Bu gün
Azərbaycanda magistral yolda hərəkət məhdudlaşdırılacaq
11:22, Bu gün
Ermənistanda çaxnaşma: Ordu nəzarətdən çıxır
11:15, Bu gün
Azərbaycan Gürcüstandan tərəvəz tədarükünə çəkdiyi xərci 42 % artırıb
11:06, Bu gün
Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dinlə bağlı çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"
11:02, Bu gün
Nazirlik yol kənarında qanunsuz tikintinin qarşısını alıb - FOTO/VİDEO
11:00, Bu gün
BSU-da Zərifə Əliyevanın anadan olmasının 101-ci ilinə həsr olunmuş tədbir keçirilib - FOTO
10:58, Bu gün
İctimai TV-yə yeni direktor müavini təyin edilib
10:49, Bu gün
Salyanda avtomobil oğurlayan şəxsin digər cinayət əməllərinin üstü də açılıb
10:45, Bu gün
Sabunçuda qaçırılan 16 yaşlı qızın atası DANIŞDI: “Hər ikisinin təhsili yoxdur” - VİDEO
10:43, Bu gün
Həftəsonu hansı bürclərin bəxti gətirəcək?
10:40, Bu gün
Bin Laden ailəsinin Floridadakı malikanəsinin taleyi məlum oldu
10:38, Bu gün
Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb
10:33, Bu gün
"Ölkəmiz bu mötəbər tədbirə yüksək səviyyədə hazırlıq işlərini həyata keçirir"
10:31, Bu gün
FIFA prezidenti "Qarabağ"ı təbrik edib
10:25, Bu gün
Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir: Qiymətlər niyə yüksəkdir? - FOTO
10:19, Bu gün
Azərbaycan neftinin qiyməti 90 dolları keçib
10:12, Bu gün
Bakıda 19 yaşlı sürücü qəzada xəsarət alıb
10:10, Bu gün
Xankəndidə silah və sursatlar aşkarlanıb
10:08, Bu gün
Gecə saatlarında Moskvanın mərkəzinə texnika yeridildi...-FOTO
10:01, Bu gün
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
10:00, Bu gün
Azərbaycanda qəribə kənd adları: Mırtı, Potu, Soğanverdilər və s... - VİDEO
09:58, Bu gün
SON DƏQİQƏ! Ordumuzun bölmələri ehtiyat və təyinat rayonlarına çıxarıldı
09:43, Bu gün
Putinin andiçmə mərasiminə Ukraynadan sürpriz olacaqmı?
09:42, Bu gün
“Azərbaycan Rusiyanın qonşuluğunda NATO üzvü Türkiyə ilə faktiki hərbi müttəfiq olsa da...”
09:38, Bu gün
Naxçıvanda yeni hökumət - tanınmış naxçıvanlılar nə deyir?
09:36, Bu gün
Həftəsonu Avropada baş tutacaq ən maraqlı qarşılaşmalar - AFİŞA
09:08, Bu gün
Rüsumu artırmaqla boşanmaların sayını azaltmaq mümkündürmü? - rəy
09:05, Bu gün
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək İNANILMAZ SƏRVƏT...
08:59, Bu gün
Alla Puqaçovanın qəsri xarici agentlər üçün həbsxana olacaq? - FOTO
08:56, Bu gün
İsmayıllı meşələrində bitən pəl bitkisi: Həm faydalıdır, həm də ucuz - VİDEO
08:47, Bu gün
“Qaraca qız” filmində Tutu rolunu iki ayrı uşaq oynayıb- “Ən çox qonorarı mən aldım”- FOTO+ÖZƏL
08:43, Bu gün
Çernobıl qəzasının ildönümündə məşhur oyunun yeni treyleri yayımlandı - VİDEO
08:35, Bu gün
Norveç “Leopard”lara xidmət üçün Ukraynaya 13 milyon dollar ödəyib
08:33, Bu gün
Kanada PUA istehsalı üçün Ukraynaya 2,1 milyon dollar ayıracaq
08:23, Bu gün
Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb
08:21, Bu gün
Zərdabda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb
08:20, Bu gün
ABŞ noyabrdan indiyədək Yəməndə 3 “MQ-9 Reaper” pilotsuz təyyarəsini itirib
08:17, Bu gün
“Liverpul” “Feyenord”a 13-15 milyon avro təzminat ödəyəcək
08:15, Bu gün
Blinken ölkələr arasında artan gərginlik fonunda İsrailə səfər edəcək
08:04, Bu gün
ABŞ-də benzin və propan daşıyan qatar relsdən çıxaraq yanıb
08:00, Bu gün
Üzünüzə küncüt çəkin və effektini görün
07:58, Bu gün
Sosial şəbəkələrdə səs yazısı yayılan narkotacir ələ keçdi - VİDEO
07:54, Bu gün
10 yaş gəncləşdirən QİDALAR
07:53, Bu gün
Mingəçevirdə qorxulu hadisə: Bıçaqla camaatın üstünə cuman şəxs kimdir? - VİDEO
07:51, Bu gün
Avropa Komissiyasının rəhbəri COP29-a dəvət edilib
07:47, Bu gün
Şuşaya gəlib separatçılara dəstək verən Rusiya milyarderinin ailəsi dağıldı...
07:44, Bu gün
“Liverpul” “Feyenord”a 13-15 milyon avro təzminat ödəyəcək
07:22, Bu gün
Bakıda avtomobilin vurduğu 23 yaşlı piyada ağır xəsarət alıb
07:19, Bu gün
Real Madrid” Mbappeyə Olimpiadada iştirak etməyi qadağan etdi
07:16, Bu gün
Eynəyi cızıqlardan xilas edən təbii üsul - FOTO
07:08, Bu gün
Qarabağdan çıxarılan “sülhməramlı”lar döyüşmək üçün Avdeyevkaya aparılır?..
07:01, Bu gün
DƏHŞƏT: Bir ailə toyda yanaraq öldü
06:01, Bu gün
Ermənistanda 20 hərbçi Qazaxın kəndlərinin qaytarılmasına etiraz edənlərə qoşuldu?-VİDEO
00:51, Bu gün
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR + YENİLƏNİB/VİDEO
00:47, Bu gün
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
00:46, Bu gün
Elnarə Abdullayeva dörd saatlıq toy üçün 14 min manat alıb? - AÇIQLAMA
00:07, Bu gün
Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edib
00:06, Bu gün
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
26 Apr 2024 | 23:56
Kişi, yoxsa qadın həkimlər daha yaxşıdır? - Tədqiqat
26 Apr 2024 | 23:38
Bayden həyat yoldaşı və qızının ölümündən sonra intihar barədə düşündüyünü deyib
26 Apr 2024 | 23:04
Avtosfer.az saytının 10 yaşı tamam oldu
26 Apr 2024 | 22:55
Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir - VİDEO
26 Apr 2024 | 22:48
Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO
26 Apr 2024 | 22:40
Qəribə yerişi ilə məşhurlaşan vəkil: "Əxlaqsız təkliflər alıram"(VİDEO)
26 Apr 2024 | 22:38
May ayının əvvəlində Qəzza sahillərində süni ada peyda olacaq
26 Apr 2024 | 22:32
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - RƏSMİ AÇIQLAMA
26 Apr 2024 | 22:29
Ermənistanda aksiyalar davam edir - VİDEO
26 Apr 2024 | 21:47
Bakcell ilə innovasiya və həyəcan dolu bir dövr başladı!
26 Apr 2024 | 21:44
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
26 Apr 2024 | 21:42
Bakı Marafonuna 15 mindən çox iştirakçı qoşulub
26 Apr 2024 | 21:36
Türkiyənin BMT-dəki yeni daimi nümayəndəsi vəzifəsinin icrasına başlayıb
26 Apr 2024 | 21:30
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
26 Apr 2024 | 21:20
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olundu
26 Apr 2024 | 21:15
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
26 Apr 2024 | 21:02
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
26 Apr 2024 | 20:59
Yaxşı qarpız seçməyin ƏN SADƏ üsulu
26 Apr 2024 | 20:57
ABŞ-da İsrail əleyhinə etirazlar təhlükəli miqyas alıb
26 Apr 2024 | 20:57
KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb”
26 Apr 2024 | 20:54
KİV: Qəzza ilə bağlı Misir-İsrail görüşündə ciddi irəliləyiş əldə olunub
26 Apr 2024 | 20:54
Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib
26 Apr 2024 | 20:43
Marketdəki bu qidalardan UZAQ DURUN – Tullantıdan hazırlanır
26 Apr 2024 | 20:41
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
26 Apr 2024 | 20:38
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 20:37
Bakıda bacısı həbsdəki qardaşına narkotik gətirdi, araşdırma başlanıldı
26 Apr 2024 | 20:24
Azərbaycan cüdoçusu Avropa çempionu olub
26 Apr 2024 | 20:22
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 20:20
Xanımlar DİQQƏT: Bu meyvənin tumu botoks effekti verir
26 Apr 2024 | 20:18
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
26 Apr 2024 | 20:12
“Berlin bu məsələdə Azərbaycanı tam dəstəkləyir”
26 Apr 2024 | 20:07
Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü
26 Apr 2024 | 20:05
"Putin Ukraynada "Suriya taktikası"ndan istifadə etməyə başlayıb" - ABŞ-ın ATƏT-dəki nümayəndəsi
26 Apr 2024 | 20:00
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
26 Apr 2024 | 19:54
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
26 Apr 2024 | 19:51
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
26 Apr 2024 | 19:50
İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 19:43
Soydaşlarımız Berlində İlham Əliyevi “Qarabağ Azərbaycandır!” şüarı ilə qarşılayıblar - VİDEO
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 19:36
Azərbaycan və Qazaxıstan peşəkar hərbi kadrların yetişdirilməsini müzakirə etdi - FOTO
26 Apr 2024 | 19:30
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
GÜNLÜK
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 11:47
Bakıda 21 yaşlı model faciəli şəkildə öldü - FOTO
26 Apr 2024 | 13:19
“17 il ərzində 5 dəfə onu ölümün caynağından çıxartdım, deyirdi ki, yubileyimi görməyəcəm” - Sənətkarın qızı - FOTO + ÖZƏL
26 Apr 2024 | 16:55
Gündəm olan qadınla bağlı qorxunc açıqlama: “Onu zorla...”
26 Apr 2024 | 14:54
Ermənistanın VOMA terror təşkilatı aktivləşib: Yaş, cins, məzhəb fərq etmir
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 13:26
“Gəldim ki, uşaqları xəstəxanaya aparıblar- tez ora qaçdım... Cərrahın da adı Andranik idi...”
26 Apr 2024 | 14:27
“Onlar reytinq haqqında düşünür, səbəb olduqları intiharlar haqqında yox”
26 Apr 2024 | 11:38
Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə öldü
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 11:47
Bakıda 21 yaşlı model faciəli şəkildə öldü - FOTO
26 Apr 2024 | 13:19
“17 il ərzində 5 dəfə onu ölümün caynağından çıxartdım, deyirdi ki, yubileyimi görməyəcəm” - Sənətkarın qızı - FOTO + ÖZƏL
26 Apr 2024 | 16:55
Gündəm olan qadınla bağlı qorxunc açıqlama: “Onu zorla...”
26 Apr 2024 | 14:54
Ermənistanın VOMA terror təşkilatı aktivləşib: Yaş, cins, məzhəb fərq etmir
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 13:26
“Gəldim ki, uşaqları xəstəxanaya aparıblar- tez ora qaçdım... Cərrahın da adı Andranik idi...”
26 Apr 2024 | 14:27
“Onlar reytinq haqqında düşünür, səbəb olduqları intiharlar haqqında yox”
26 Apr 2024 | 11:38
Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə öldü