Şuşadan “mən sözümə əməl edirəm” mesajı və əfv olunmaq üçün daralan fürsət
Oxunub: 1539
03 Aug 2023 | 14:26
Şuşadan “mən sözümə əməl edirəm” mesajı və əfv olunmaq üçün daralan fürsət

Prezident İlham Əliyevin Şuşada keçirilən Qlobal Media Forumunun açılış mərasimindəki möhtəşəm çıxışından, mətbuat nümayəndələrinin suallarını cavablandırmasından əvvəlki günlərdə yazmışdıq. Ancaq məlum oldu ki, dövlətimizin başçısı iyulun 22-də “Euronews” televiziyasına müsahibəsində də çox önəmli məsələlərdən bəhs edib, olduqca vacib, əhəmiyyətli mesajları dilə gətirib.

Müsahibənin detallarına diqqət etməzdən əvvəl elə müsahibə məkanının seçildiyi ünvanın fotosuna ani nəzər salmaq qürurlanmaq üçün kifayət edir. Məkan Şuşadır! Bizim qürurumuz, canımızın bir parçası, ürəyimiz, Azərbaycanın “olmazsa, olmazı”.

94ed23264fffb4caf746478f50b1302d.jpg (427 KB)

Prezidentin 44 günlük Vətən Müharibəsində xarici media nümayəndələrinə müsahibələrini xatırladım, o zaman onlarla media təmsilçisinə - onların bir çoxu xüsusi təlimatlandırılaraq göndərilmişdi, yaxud da onlayn müsahibə üçün müraciət etmişdi – Azərbaycan həqiqətlərinin onların öz dilində çatdırılması həm də döyüş meydanındakı qələbəmizdə çox əhəmiyyətli rol oynadı. Təbliğat savaşında düşmən uduzdu məhz bu müsahibələrdə vurulan nöqtəli zərbələrin ardınca. Bu dəfə isə dünyanın ən məşhur telekanalına Şuşada müsahibə verdi. Həm də erməni vandallarının darmadağın etdiyi tarixi binaların fonunda. Müsahibəni dinləməyən şəxs belə, bu fotoya baxıb nəticə çıxara, qənaətə gələ bilər, təbii ki, obyektiv olarsa... Prezidentin “Euronews” televiziyasının əməkdaşına müsahibə fotosu bütün dünyaya “baxın, sizin müdafiə etdikləriniz Azərbaycanın tarixi şəhərini, həm də dünya mədəniyyətinin mühüm bir parçasını görün nə kökə qoyub, vaxtilə “Azərbaycanın Parisi” adlandırılan qala şəhərin, musiqi beşiyinin binalarından, korifeylər yetirmiş şəhərin göz oxşayan unikal tikililərindən belə, qisas alıb!” - mesajını vermiş oldu. Şuşanı çilik-çilik edən düşmən yaşı 3 əsrə çatan şəhərdə 30 il ərzində cəmi 3 villa tikib, onu da canilər üçün!

Hələ də Şuşaya getməkdən boyun qaçıran səfirlər var. Təbii ki, onlar konkret təlimatlar əsasında addım atırlar. Onlar da baxsın bu fotolara və düşünsünlər: erməni lobbisinin şantajından çəkinib, Azərbaycanın 28 il yarımlıq işğal altında saxlanmış şəhərinin qalıqlarını (!!!) görməyə niyə getmədikləri ilə bağlı özlərinə sual versinlər. Həm də vicdanlarının səsinə qulaq assınlar, əgər varsa... Azərbaycan dövləti Şuşanı yenidən qurur, Ermənistanın dağıtdığı unikal şəhəri. Dağıdan təkcə Ermənistanmı oldu? Təbii ki, yox, işğal onilliklərində Qarabağın yolunu “su yolu”na döndərənlər, həmin həmsədrlər, avropalı, amerikalı deputatlar, senatorlar, konqresmenlər, erməni pulu ilə boğmalananlar, Azərbaycana təzyiq etməkdən ötrü işğalı stimullaşdıranlar, ən müxtəlif adlar altında qondarma rejimə maliyyə yardımı göstərənlər, Ermənistanı silahlandıranlar... Hamısının “rol”u oldu Şuşanın ilmə-ilmə sökülməsində. Amma Şuşanı tam yox edə, həm də Azərbaycandan qopara bilmədilər, arzuları gözlərində, qursaqlarında qaldı!

1690957453_bd767f34875b0bd840978.jpg (587 KB)

Budur, “Euronews” əməkdaşı Şuşa Fatehinin qarşısında oturub: “Cənab Prezident Əliyev, bizi burada qəbul etdiyinizə görə Sizə çox minnətdarıq. Bu bölgə Cənubi Qafqazın yeni tarixində bəzi ən zorakı epizodların cərəyan etdiyi səhnə olub”-deyir və suallarını ünvanlayıb. Bu nəticənin əldə olunması təbii ki, asan olmadı, aparılan siyasətin qazandırdırğı tarixi uğurdur. Heç şübhəsiz, dünya ilə birbaşa kommunikasiyanın da mühüm rolu oldu Şuşa ilə möhür vurulan haqq savaşımızda. Azərbaycana qarşı geniş təbliğatın aparıldığı bir vaxtda Prezident həmişəki kimi birbaşa kommunikasiyaya gedərək bütün məsələlər üzrə mövqeyini ortaya qoydu, “Qarabağ sizinçün niyə bu qədər əhəmiyyətlidir” kimi təkcə yersiz yox, həm də qərəzli, işğalçılığı, terrorçuluğu özündə ehtiva edən suallara tutarlı cavablarını unutmamışıq. Təsəvvür edin, ağır döyüşlər gedir, şəhidlər, yaralılar, azad edilən şəhər, kəndlər.. Üstəlik, xaricdən zənglər, ayrı-ayrı paytaxtlardan təzyiqlər...Belə bir gərgin durumda Ali Baş Komandan həm də təbliğat müharibəsində sözü ilə döyüşür! Amma reallıq budur ki, nə döyüş meydanında savaş bitib, nə də diplomatik, təbliğat sahəsində...Odur ki, Prezident təsadüfən yüzdən artıq xarici jurnalistin qarşısına çıxmadı Şuşa Forumunda! Hər fürsətdə Azərbaycan həqiqətlərini çatdırmaq imkanlarından yararlanmağın gərəkliliyini hər kəsə təlqin edən dövlət başçısı qələbənin qazanılmasından çox, onun saxlanılmasının çətin və önəmli olduğu mesajını da vermiş olur. Bu, həm də cəmiyyətimiz üçün, tutduğu vəzifəsindən, daşıdığı səlahiyyətindən asılı olmayaraq, hər bir vətəndaşa ünvanlanan vacib tövsiyədir.

Prezidentin bir sıra istiqamətlər üzrə vacib mesajlarının olduğunu yuxarıda da qeyd etdik. Ölkə rəhbəri xüsusilə də sərhədlərin gələcək parametrləri ilə bağlı məsələdən bəhs edib və “Ermənistanla Azərbaycan arasında sərhəd müəyyən olunmamışdır”-deyib. Bu, həm də Ermənistana xəbərdarlıqdır ki, tələs, əks halda mövcudluğun sual altına düşə bilər! Eyni zamanda kommunikasiyalarla bağlı İrəvanın üzərinə götürdüyü öhdəlikləri icra etməməsi diplomatik dildə xatırladılıb. Sitat: “İkinci Qarabağ müharibəsi nəticəsində Ermənistanın imzaladığı sənəddə onun öhdəliyi var ki, bizim eksklavımız olan Naxçıvana çıxışımız olsun. Lakin bu, hələ də baş vermir. Beləliklə, sülh sazişinin əsas bəndləri nazirlər tərəfindən tərtib edilir. Bizim görüş isə hesab edirəm ki, yaxşı mühit yaradır. Lakin əgər biz Ermənistan tərəfindən konstruktiv yanaşma görsək və ən vacibi isə əgər onlar ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysalar, onda biz tezliklə, bəlkə də ilin sonunadək sülh variantını tapa bilərik”.

Bu, faktiki olaraq Ermənistan üçün həm yol, həm də xilas xəritəsidir. Ancaq Laçın yolu istiqamətinə düzdüyü TIR-ların sayını gündən-günə artırmaqla Ermənistan “yolsuzluq yolu”nu tutduğunu və xilas olmaq istəmədiyini sərgiləyir. Bu ölkədə elementar məsələləri sərf-nəzər edə bilmirlər. Məsələn, gec-tez qanunsuz yük daşıyan Ermənistan TIR-ları geri qayıtmalı olacaq, amma necə? Darısqal yolla dönmək imkanları belə mövcud deyil. Ermənistanın siyasəti bax, elə “TIR siyasəti” kimidir, geri dönüş imkanını belə saxlamır özünə...

Prezident müsahibədə Avropa İttifaqı ilə bağlı müsbət fikirlər söyləyib. Xatırladıb ki, 1992-ci ildən etibarən - hələ işğal dövründə aparılan danışıqlar zamanı Avropa İttifaqı vasitəçilik prosesinin bir hissəsi olmayıb. Sitat: “İndi bu, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsüdür. O, bizi dəvət etdi və biz dəvəti qəbul etdik. Çünki Azərbaycan ilə Avropa İttifaqının, eləcə də onunla Ermənistanın əməkdaşlıq səviyyəsini nəzərə alsaq, Avropa İttifaqının fəal olması təbiidir. Xüsusən də nəzərə alsaq ki, İkinci Qarabağ müharibəsindən sonra Minsk qrupu, əslində, fəaliyyət göstərmirdi və indi də göstərmir. Beləliklə, müəyyən beynəlxalq qurum olmalı idi. Düşündüm ki, Avropa İttifaqı ən yaxşı vasitəçi ola bilər, çünki bizim onunla münasibətlərimiz qarşılıqlı hörmətə, etimada və maraqlara söykənir. Bir sözlə, həmin təşəbbüs hazırda çox fəal dialoq formatına çevrilir, çünki biz təkcə Brüsseldə deyil, həmçinin Avropa Siyasi Birliyinin tədbiri çərçivəsində də görüşürük. Sonuncu dəfə görüş Kişineuda baş tutdu. Bunu vacib hesab edirəm, çünki vəziyyətin durğun olmasına imkan vermirik, durğunluq yaranarsa, yenidən bir növ fasiləyə keçərsə, onda biz hər hansı təhlükəli ssenaridən sığortalana bilmərik”.

tir.jpg (56 KB)

Bu fikirlər həm də Ermənistandan Laçın yoluna binoklla baxan, “TIR şousu”nda iştirak edən Avropa İttifaqının “mülki missiyası”nın islahı üçün olduqca önəmlidir. Bəli, Prezident bu müsahibəni verəndə hələ Aİ təmsilçilərinin də rol aldığı şou başlamamışdı. Amma müsahibəni təkrar-təkrar dinləsinlər, zərərli vərdişlərin aludəçisi olmaqdan vaz keçsinlər. Çünki erməniçilik çox ağır mərəzdir, ona yoluxanlar çətin sağalır... Azərbaycan Prezidentinin etimadını qazanan Aİ təşəbbüsünə xələl gətirməkdə davam edəcəklərsə, sonda onlar da “pensiyaya göndərilmiş” Minsk Qrupunun taleyini yaşaya bilərlər!

Dövlət başçısının Laçın sərhəd qapısı ilə bağlı prinsipial mövqeyi artıq bu məsələdə güzəştin olmayacağı deməkdir. Məsələ bitib! Qapımızın açarı özümüzdədir, sərhədçimizdə! Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə bağlı demoqogiyanın da cavabı verildi. “Əfsuslar olsun ki, Qırmızı Xaç Komitəsinin yük maşınlarının yoxlanılması zamanı siqaret, iPhone-lar və benzin kimi məhsulların qaçaqmalçılıqla keçirilməsi aşkar olundu”. Başa düşən üçün yetərli faktlardır...

Müsahibədə ən vacib məqamlardan biri məncə, elə ermənilər üçün xilas təklifidir. Bu hissəni nəzərdə tuturam: “Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Onlar manipulyasiyanın girovu olmağa son qoyacaqlar. Həmçinin onlar başa düşməlidirlər ki, bizi saymamağa davam etsələr, bizim mövcud olmadığımız kimi davranmağa davam etsələr və ya “prezidenti”, “nazirləri”, “parlamentariləri” olan qondarma ölkədə yaşayırlarmış kimi davransalar, bu gün olduqları vəziyyət onların xeyrinə dəyişməyəcək. Bütün bunlar yalandır. Biz onlara normal həyat təklif edirik. Düşünürəm ki, onlar mənə qulaq assalar başa düşəcəklər və bilirlər ki, mən sözümə əməl edirəm”.

Kifayət qədər açıq mətnlə, ən yüksək səviyyədə təklif olunan xilas yoludur! Qarabağdakı ermənilər anlamalıdırlar ki, onların düşdüyü başqa yol xilasa aparmayacaq, ən uzağı Vaqif Xaçaturyan və Rəşid Beqleryan kimi qandallanacaqlar, əgər sarsaq iddialardan əl götürməsələr! Bundan əvvəl Laçından xitab olunmuşdu, amnistiyanın şərtləri də açıqlanmışdı. Bu dəfə daha geniş auditoriya üçün mesajlar verildi. Fürsət daralır, dəyərləndirsinlər aşağıda, Xankəndidə olanlar!

Ermənilər unutmasınlar, Azərbaycan Prezidenti sözünə əməl edir: elə müsahibə məkanı Şuşa ilə bağlı da sözünü hələ savaşın ilk həftəsində, elə Türkiyə telekanalına müsahibəsində demişdi. Dediyini etdi: işlər yarımçıq qalmadı. Xankəndidəki ermənilər təkrar-təkrar dinləsinlər və qərar versinlər. Artıq Vaqif Xaçaturyan da Azərbaycan dövlətinə təşəkkür etməklə ifadəsinə başladı. Günün birində Azərbaycan vətəndaşlığını qəbul etdiyi barədə ifadəsini, Meşəli soyqırımına görə Azərbaycandan əfv dilədiyini də eşidəcəyik...

1690957456_e958e48bfe3b47e405816.jpg (747 KB)

Və sonda... Kadrlara baxırıq: müsahibədən sonra Prezident İlham Əliyev “Euronews”un müxbirinə işğal dövründə Şuşada ermənilər tərəfindən gülləbaran edilmiş Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin heykəlləri barədə məlumat verib. Ermənistanın gerçək mahiyyətini ifadə edən heykəllər. İşğalçı ölkə bu heykəlləri “domna peç”lərində əritmək istəmişdi...

 

Elşad PAŞASOY, Musavat.com

Oxşar xəbərlər
21:15, Bu gün
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
21:09, Bu gün
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
20:56, Bu gün
Qəbizliyi aradan qaldıran qidalar
20:50, Bu gün
32 ildən sonra Laçında ikinci toy - FOTO
20:41, Bu gün
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
20:40, Bu gün
Şəkidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
20:33, Bu gün
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
20:27, Bu gün
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
20:23, Bu gün
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
19:56, Bu gün
Putinlə Tokayev arasında kritik zəng
19:50, Bu gün
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
19:49, Bu gün
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
19:30, Bu gün
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
19:29, Bu gün
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
19:16, Bu gün
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
19:12, Bu gün
Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub
19:08, Bu gün
"Rusiya ilə Qərb arasında hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir"
19:07, Bu gün
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
18:30, Bu gün
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
18:02, Bu gün
Qarabağ Universiteti ilə bağlı sualların cavablandırılması üçün bu nömrəyə ZƏNG EDİN
17:57, Bu gün
Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olundu - FOTO
17:53, Bu gün
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım etdi - FOTO
17:49, Bu gün
Ağasəlim Mircavadov "Sumqayıt"ın Premyer Liqada ikincilik şansını daha yüksək qiymətləndirib
17:43, Bu gün
"Ağ Evin keçirdiyi unikal əməliyyat nəticəsində amerikalı həkimlər Qəzzanı tərk edib" - CNN + FOTO
17:37, Bu gün
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
17:31, Bu gün
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
17:25, Bu gün
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
17:19, Bu gün
Fidan Qasımova və Nahidə Orucova nənə oldu-FOTO
17:17, Bu gün
Qadın sürücüləri tənqid etdi: "Harda gəldi saxlayıb gedirlər"
17:15, Bu gün
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
17:09, Bu gün
Boksçularımız beynəlxalq turniri 5 medalla başa vurublar - FOTO
17:04, Bu gün
Moskvada Azərbaycan məhsullarının dequstasiyası keçirilib - FOTO
17:01, Bu gün
“Ermənilərin məşhur bəstəkarı özü etiraf etmişdi ki, musiqi yazmağı Üzeyir Hacıbəylidən öyrənib”-FOTO+ÖZƏL
16:59, Bu gün
Maşanlı kəndində 590 fərdi ev inşa ediləcək
16:58, Bu gün
"Kiyevin müttəfiqləri Ukraynanı sülh danışıqlarına meyilləndirir" - "Europe 1" radiostansiyası
16:56, Bu gün
Qarabağ Universitetinin bukleti hazırlanıb
16:54, Bu gün
2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev inşa ediləcək
16:52, Bu gün
"Azəriqaz"-ın baş direktoru bir qrup Birlik əməkdaşını mükafatlandırdı - FOTO
16:50, Bu gün
Yüz manatlıqlarla bağlı əhaliyə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!"
16:48, Bu gün
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
16:45, Bu gün
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB
16:42, Bu gün
2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək
16:39, Bu gün
Peter Siyarto: Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa olunmalıdır
16:35, Bu gün
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
16:32, Bu gün
Azərbaycanın yunan-Roma güləşi millisi U-15 Avropa çempionatında birinci olub
16:29, Bu gün
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
16:25, Bu gün
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
16:22, Bu gün
Hacıqabulda 14 yaşlı oğlan bıçaqlanıb
16:19, Bu gün
Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoydu - FOTO
16:16, Bu gün
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
16:12, Bu gün
İlham Əliyev Cəbrayılın Böyük Mərcanlı kəndinin təməlini qoydu - FOTO
16:11, Bu gün
Azərbaycanlı şair vəfat edib
16:08, Bu gün
Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoydu
16:03, Bu gün
"Zəmanətli sanitar zonaya Polşa da düşəcək" - Medvedev
15:58, Bu gün
Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb, Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
15:51, Bu gün
"IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib"
15:49, Bu gün
“Söz azadlığından, demokratiyadan  danışıb sosial şəbəkələrin fəaliyyətini dayandırmaq əxlaqsızlıqdır”
15:45, Bu gün
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
15:44, Bu gün
UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək
15:43, Bu gün
“Real Madrid”in 60 milyon avroya transfer etdiyi futbolçu mövsüm sonunda klubsuz qala bilər
15:36, Bu gün
Daşkənddə keçirilən Türk Dünyası Sammiti başa çatdı - FOTO
15:33, Bu gün
Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu
15:30, Bu gün
“NKVD” – komsomol qarşıdurması: Beriya bu mübarizədən də qalib çıxıb  
15:25, Bu gün
ABŞ-nin nüfuzlu universitetlərinə qəbul qazanan məktəblinin daha bir uğuru
15:20, Bu gün
Nohur gölündə suyun səviyyəsi aşağı endirilir - VİDEO
15:18, Bu gün
Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı
15:16, Bu gün
Azərbaycanın üçqat dünya çempionu: Özümdən bu nəticəni gözləyirdim
15:15, Bu gün
Qafqazda qurulan oyun
15:10, Bu gün
Fransa-Azərbaycan gərginliyinin əsl səbəbi: Məsələ Ermənistan deyilmiş
15:03, Bu gün
Bakıda 50 minə yaxın lV sinif şagirdi imtahan verdi
14:58, Bu gün
Bakıda “kokain” və “ekstazi” satan şəxs tutuldu - VİDEO
14:52, Bu gün
Hərbi Hava Qüvvələrinə yeni təyin olunan komandan KİMDİR? - DOSYE
14:47, Bu gün
BDU-da respublika elmi konfransı keçirilib - FOTO
14:39, Bu gün
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib - FOTO
14:33, Bu gün
Dilarə Zamanova intihara cəhdin səbəbini açıqladı: "Məni daha çox üzən şeylər var..."
14:32, Bu gün
"Ah, bu yazıçılar!" Sanki əmindirlər ki, biz hər şeyi baş-ayaq görürük, dəyərlərimiz də yalançı dəyərlərdir
14:29, Bu gün
Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı
14:27, Bu gün
Azərbaycan - Cənubi Qafqazın lideri və sülhün qarantı
14:25, Bu gün
Bu gün Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:20, Bu gün
Gənc boksçularımız Macarıstandan iki medalla dönürlər
14:17, Bu gün
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
14:15, Bu gün
Filippində zəlzələ oldu
14:14, Bu gün
Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"
14:13, Bu gün
Qaxa dolu yağıb, yağış suları həyətlərə dolub
14:12, Bu gün
Qara dənizdə gəmi batıb
14:09, Bu gün
Sabah Azərbaycan və İran “Qız Qalası” hidroqovşağını işə salacaq
14:02, Bu gün
Türkiyəli jurnalist: "Fransanın Azərbaycanla bağlı verdiyi açıqlamalar olduqca uyğunsuzdur"
13:56, Bu gün
Azərbaycanda 8 vəkil cəzalandırıldı
13:49, Bu gün
Lamiyə Vəliyeva 3-cü dəfə dünya çempionu oldu - FOTO
13:43, Bu gün
"Qərb Rusiyanı strateji cəhətdən məğlub etmək mövqeyində dayanıb" - Putin
13:37, Bu gün
Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır, sənədlər təqdim olunacaq
13:32, Bu gün
Azərbaycan özü üçün yeni olan idman növündə Dünya Kubokuna ev sahibliyi edəcək
13:27, Bu gün
Könülün qətlindən sonra nənəsi də öldü
13:26, Bu gün
Prezident Cəbrayılın Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoydu - FOTO
13:24, Bu gün
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
13:19, Bu gün
BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibətilə sərgi-konfrans keçirilib
13:13, Bu gün
Siyasi münasibətlər yeni müstəvidə
13:10, Bu gün
Azay Quliyev Lissabonda beynəlxalq tədbirdə iştirak edəcək
13:07, Bu gün
Bakıda işlədiyi evlərdən oğurluq edən usta saxlanıldı - FOTO/VİDEO
13:04, Bu gün
Audiovizual Şura, MEDİA və AZƏRTAC-ın rəhbərləri Mərakeşdə işgüzar səfərdədir - FOTO
GÜNLÜK
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
17 May 2024 | 22:37
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək"
17 May 2024 | 23:18
“Ümid edirəm ki, proses yarımçıq qalmayacaq və imitasiya olmayacaq” - Əli Orucov
17 May 2024 | 21:43
"Putinlə Si sülh barəsində üzdə boşboğazlıq edərək müharibəyə hazırlaşır" - "The Telegraph"
17 May 2024 | 21:25
Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - VİDEO
17 May 2024 | 23:27
HƏMAS lideri Yəhya Sinvar harada gizlənib?..
17 May 2024 | 22:34
BDU tələbəsi magistratura imtahanında ölkə birincisi oldu
17 May 2024 | 21:26
Dünyanın ən uzun aclığı: 382 gün
17 May 2024 | 21:20
SOCAR-ın vitse-prezidenti OGDC-nin Rəhbər Komitəsinin sədri seçilib - FOTO
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
15 May 2024 | 22:56
Fitsoya sui-qəsdlə bağlı maraqlı FAKT - 2003-cü ildən sonra ilk dəfə... - VİDEO
17 May 2024 | 10:44
Bu rayonlarda insan alveri qurbanlarının sayı daha çoxdur -Gəncə, Sumqayıt... 
AYLIQ
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
17 May 2024 | 22:37
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək"
17 May 2024 | 23:18
“Ümid edirəm ki, proses yarımçıq qalmayacaq və imitasiya olmayacaq” - Əli Orucov
17 May 2024 | 21:43
"Putinlə Si sülh barəsində üzdə boşboğazlıq edərək müharibəyə hazırlaşır" - "The Telegraph"
17 May 2024 | 21:25
Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - VİDEO
17 May 2024 | 23:27
HƏMAS lideri Yəhya Sinvar harada gizlənib?..
17 May 2024 | 22:34
BDU tələbəsi magistratura imtahanında ölkə birincisi oldu
17 May 2024 | 21:26
Dünyanın ən uzun aclığı: 382 gün
17 May 2024 | 21:20
SOCAR-ın vitse-prezidenti OGDC-nin Rəhbər Komitəsinin sədri seçilib - FOTO