Tut yarpağının inanılmaz faydaları - Bir neçə xəstəlikdən qoruyur
Sağlamlıq
7670
07 Jul 2024 | 10:34

Tut yarpağının inanılmaz faydaları - Bir neçə xəstəlikdən qoruyur

Yayın əsas meyvələrindən olan tutun özü kim yaprapları da faydalıdır. Bir çox xəstəliklərin inkişafını önləyən tut yarpağı sağlam həyat tərzinə yardımçı olur.
 
 Tut yarpağının faydaları:
 
 
- Qaraciyəri toksinlərdən təmizləyir, əsəbləri sakitləşdirir;
 
- Orqanizmi iltihaba qarşı gücləndirir;
 
- Qan azlığına xeyirdir, qış xəstəliklərinə qarşı müsbət təsir göstərir;
 
- Soyuqdəyməyə qarşıdır;
 
- İmmuniteti möhkəmləndirir;
 
- Qan şəkərini balanslaşdırır;
 
- Dəri sağlamlığına fayda verir;
 
- Tut yarpağının çayı öskürək və boğaz ağrılarını aradan qaldırır.
 
Həkim məsləhəti ilə içə biləcəyiniz tut çayı xəstəlik prosesinin daha asan keçməsinə kömək edir.
 
Təbabətdə uzun illərdir istifadə edilən tut yarpaqlarının revmatizm ağrılarını da kəsdiyi bilinir. Yorğunluq və stress hallarında tut yarpağı çayı içərək rahatlaşdırıcı və sakitləşdirici təsirindən faydalana bilərsiniz.
 
Bu bitkidən faydalanmaq üçün yemişan çiçəklərini tut yarpaqları ilə birlikdə qaynatmaq olar. Ürək-damar xəstəliklərinə faydalı olan iki bitki qaynadılırsa, xolesterini də tarazlaşdıracaq. Tut yarpağı çayı müntəzəm istehlak edilərsə, qan şəkəri balanslaşdırıla bilər.
 
Həkiminizin tövsiyə etdiyi dozada tut yarpağı çayı içə bilərsiniz.
 
May-avqust ayları arasında toplanan və qurudulan yarpaqlar 1 il ərzində çay kimi istehlaka yararlıdır.
Link kopyalandı!
Son xəbərlər