Sərnişin mikroavtobusu qəzaya uğradı - Xəsarət alanlar var
Dünya
142
19 May 2026 | 23:30

Sərnişin mikroavtobusu qəzaya uğradı - Xəsarət alanlar var

Türkiyənin Hakkari şəhərinin Şəmdinli rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində 11 nəfər yaralanıb.

Moderator.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Məlumata görə, sərnişin mikroavtobusu idarəetmədən çıxaraq, elektrik dirəyinə çırpılıb.

Hadisə yerinə polis, təcili yardım əməkdaşları cəlb edilib. Yaralılar xəstəxanalara çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər