Cekson Pollokun "Number 7A, 1948" tablosu "Christie's" hərracında fantastik məbləğə - 181.2 milyon dollara satılıb. Bu göstərici rəssamın daha əvvəlki hərrac rekordundan təxminən üç dəfə çoxdur.
Moderator.az xəbər verir ki, bu barədə "Artnet News" sənət portalı məlumat yayıb.
Məlumata görə, sözügedən sənət əsəri "Christie's" hərrac evinin Nyu-Yorkda təşkil olunmuş möhtəşəm axşam hərracının baş lotu olub. Tablonun ilkin qiymətləndirilməsi 100 milyon dollar təşkil edirdi.
Hərracın qalibi olan şəxs prosesə telefon vasitəsilə qoşulub və onun adı məxfi saxlanılır. "Artnet" portalı qeyd edir ki, rəsm əsərini əldə etmək üçün altı iddialı iştirakçı arasında ciddi mübarizə yaşanıb. Hətta iddiaçılardan biri təklif olunan məbləği birdən-birə 154 milyon dollara qaldıranda hərrac zalındakı iştirakçılar heyrətlərini gizlədə bilməyiblər.
Qeyd edək ki, C.Pollok kult sənət əsəri hesab olunan "Number 7A" tablosunu 1948-ci ildə, 36 yaşında olarkən ərsəyə gətirib.