İdman
157
19 May 2026 | 23:45

"Sauthempton" pley-offdan qovuldu

Müstəqil İntizam Komissiyası "Sauthempton" klubunun Çempionşip reqlamentinin çoxsaylı pozuntularını etiraf etməsindən sonra komandanı turnirin pley-off mərhələsindən kənarlaşdırıb.

Moderator.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Liqasının "X" sosial şəbəkəsindəki rəsmi hesabında məlumat yayımlanıb.

Bir müddət əvvəl klub ilk yarımfinal oyunu ərəfəsində rəqibi "Midlsbro"nun məşq prosesini casusluq yolu ilə izləməkdə ittiham olunmuşdu.

Xatırladaq ki, iki oyunun nəticəsinə əsasən "Sauthempton" "Midlsbro" üzərində qələbə qazanmışdı (0:0, 2:1). Lakin qəbul edilən qərardan sonra pley-off finalında "Hall Siti"yə qarşı "Midlsbro" mübarizə aparacaq.

Bundan əlavə, "Sauthempton" növbəti Çempionşip mövsümünə əlavə olaraq dörd xal silinməsi cəzası ilə başlayacaq.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər