Marqarita Simonyan Rövşən Əsgərovu “şovinist” adlandırdı
1296
24 May 2022 | 17:12

Marqarita Simonyan Rövşən Əsgərovu “şovinist” adlandırdı

“Moskva məhkəməsi rusofob və şovinist Rövşən Əsgərovu qiyabi həbs edib”.

Bizim.Media xəbər verir ki, bu barədə RT kanalının baş redaktoru Marqarita Simonyan Telegram kanalında yazıb.

Qeyd edək ki, bu gün Moskvanın Basmannı məhkəməsi “Nə? Harada? Nə vaxt?" televiktorinasının iştirakçısı Rövşən Əsgərov barəsində açılan “Nasizmin reabilitasiyası haqqında” işinə baxıb və onu qiyabi həbs edib. 

Xatırladaq ki, aprelin 27-də Rusiya İstintaq Komitəsi Rövşən Əsgərova qarşı “Nasizmin reabilitasiyası haqqında” cinayət işi açıb. 

Qeyd olunub ki, Əsgərov bundan əvvəl sosial şəbəkələrdəki səhifəsində “Rusiya komandiri, Sovet İttifaqının marşalı Georgi Jukovun xatirəsini təhqir edən və ləkələyən yalan məlumatlar” dərc edib.

Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər