Daşqınlar nəticəsində əmlakını itirənlərə pulsuz torpaq da veriləcək...-İBRƏTAMİZ
Ekskluziv
374
06:29, Bu gün

Daşqınlar nəticəsində əmlakını itirənlərə pulsuz torpaq da veriləcək...-İBRƏTAMİZ

Dağıstanda daşqın nəticəsində əmlakı yaşayış üçün yararsız hala düşmüş sakinlərə pulsuz torpaq sahəsi verilməsi haqda qərar çıxarılıb.
 
Moderator.az bu barədə Rusiya mediasına istinadla xəbər verir.
 
Respublika Xalq Məclisinin deputatları torpaq münasibətləri haqqında regional qanuna dəyişiklik edərək, zərərçəkənlərə rəqabətli tender prosesi olmadan torpaq sahələrinin prioritet(növbədənkənar), pulsuz verilməsinə icazə veriblər. Fövqəladə vəziyyət elan edilmiş zonalarda evləri dağıdılmış və ya yaşayış üçün yararsız hesab edilmiş respublika sakinləri növbədənkənar torpaq sahəsi almaq hüququna malik olacaqlar.
 
Əvvəllər dövlətdən başqa səbəblərdən torpaq sahəsi almış, lakin daşqın səbəbindən evini itirmiş və ödəniş sertifikatı almış hər kəsə torpaq icarəyə veriləcək. Proqrama uyğun olmaq üçün onların evi yaşayış üçün yararsız və ya tamamilə itirilmiş hesab edilməli və sahibi Dağıstanın daimi sakini olmalıdır. 
 
Xatırladılır ki, Dağıstan Respublikasında 9 apreldə fövqəladə vəziyyət elan edilib. Hakimiyyət orqanları daşqından dəyən maddi ziyanı 4 milyard rubl olaraq qiymətləndiriblər. Təbii fəlakətdən 6000-dən çox insan zərər çəkib.
 
Bundan öncə Rusiya hökumətinin daşqından əziyyət çəkmiş 6 minə yaxın vətəndaşa təzminat ödəməsi, həmçinin ölkə sakinlərinin dağıstanlılara kömək etmək üçün xeyriyyə fondları vasitəsilə təxminən bir milyard rubl toplaması, bu məqsədlə futbol yarışları və digər tədbirlər keçirilməsi barədə xəbər vemişdik(.burada:)
 
Daha əvvəl isə Rusiya prezidenti V.Putinin Dağıstanda evləri qanunlara zidd olaraq tikilmiş və daşqın zamanı zədələnmiş ev sahiblərinin digər vətəndaşlarla bərabər yardım almalı olması haqda göstəriş verməsi haqda yazmışdıq(burada:)
 
S.Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər