Bizi sosial şəbəkələrdən izləyin:
Dağıstanda evləri qanunlara zidd olaraq tikilmiş və daşqın zamanı zədələnmiş ev sahibləri digər vətəndaşlarla bərabər yardım almalıdırlar.
Moderator.az xəbər verir ki, "İnterfaks" agentliyinin məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Dövlət başçısı Dağıstanda müvafiq sənədlər olmadan tikilmiş çox sayda ev olduğuna da diqqət çəkib. Buna baxmayaraq, Putin vurğulayıb ki, bu cür evlərin sahibləri də yardım almalıdırlar.
"İnsanlar onsuz da evlərini tikiblər və çox vaxt belə insanların qaydalara zidd olaraq tikilmişdən artıq heç nələri olmur. Və biz respublikanın və bütövlükdə Rusiyanın bununla heç bir əlaqəsi olmadığını iddia edə və bu insanlara kömək etməyə bilmərik. Bütün hallarda kömək etmək lazımdır", - deyə Rusiya lideri bələdiyyə icmasının nümayəndələri ilə görüşdə vurğulayıb. Bundan əlavə, prezident bu səylərdə həddindən artıq formalizmdən qaçmaq gərək olduğuna da çağırıb.
S.Laçın