Bu yolda hərəkət tam məhdudlaşdırılır -xa0Sürücülərin nəzərinə!
Cəmiyyət
1350
15 May 2025 | 11:55

Bu yolda hərəkət tam məhdudlaşdırılır -xa0Sürücülərin nəzərinə!

17 may saat 00:00-dan dan etibarən Pirşağı-Xırdalan-Novxanı-M4 avtomobil yolu layihəsinin 16-cı kilometrində tikintisi davam edən tunelin giriş hissəsinin qurulması ilə əlaqədar olaraq, İlqar Abdullayev küçəsində (Masazır-Novxanı avtomobil yolu ilə birləşməsindən Saray Polis Bölməsinə qədər olan hissə) nəqliyyat vasitələrinin hərəkəti tam şəkildə məhdudlaşdırılacaq.
 
Bu barədə Moderator.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. 
 
Bildirilir ki, hərəkətin məhdudlaşdırılması tikinti işləri bitənədək qüvvədə olacaq.
 
"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətinə uyğun alternativ yollardan istifafə etmələri xahiş olunur", - məlumatda qeyd olunub. 
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər