Azərbaycan
Şou-biznes
1472
28 Mar 2025 | 10:32

Azərbaycan "Avroviziya"da nə vaxt çıxış edəcək? – SİYAHI

Azərbaycan “Avroviziya 2025”in birinci yarımfinalında 10 nömrə ilə çıxış edəcək.
 
Bu barədə müsabiqənin rəsmi saytı məlumat yayıb.
 
Eyni yarımfinalda Azərbaycanla yanaşı daha 15 ölkə - İslandiya, Polşa, Ukrayna, Albaniya, Norveç və digərləri çıxış edəcək.
 
Xatırladaq ki, “Avroviziya 2025” mayın 13-də (birinci yarımfinal), 15-də (ikinci yarımfinal) və 17-də (final) İsveçrənin Bazel şəhərində keçiriləcək.
 
Azərbaycan müsabiqədə "Run with U" mahnısı ilə təmsil olunacaq. Mahnının müəllifləri Həsən Heydər, Roman Zilianev və Asəf Mişiyevdir, ifaçı isə Mamagama qrupudur.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər